close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranda benzin və dizel təchizatında ümummilli problemlər

Dekabr 18, 2023
1 dəqiqədə oxunur
İranda benzin və dizel təchizatında ümummilli problemlər

İran mediası Tehranda və bəzi başqa əyalətlərdə benzin və dizel təchizatında problemlərlə üzləşdiyini bildirib. Neft nazirinin müavini Cəlil Salari benzin məntəqələrində baş verən bu problemi “Komplo” adlandırıb.

Neft naziri Cavad Oci bazar ertəsi dövlət televiziyasına deyib ki, İranın yanacaqdoldurma məntəqələrinin təxminən 70 faizində xidmətlər kəsilib və “xarici müdaxilə ehtimalı” var.

Bu gün səhər saatlarından etibarən İranın hər yerində, xüsusən də paytaxtda yanacaqdoldurma məntəqələri sıradan çıxıb.

İran Yanacaq Stansiyaları Assosiasiyasının sözçüsü Riza Nəvaz “kiberhücum” ehtimalını istisna etməyib və “benzin təchizatındakı problemin ümummilli və texniki problem olduğunu” deyib.

Bu arada İranda yanacaq təchizatı sistemlərinin həklənməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar dərc olunub.

Öncələr İranın onlayn sistemlərinə hücum etmiş həker qrupu bu pozuntuya görə məsuliyyəti öz üzərinə götürüb.

İsrailin “Kanal 12” şəbəkəsi də İranın yanacaqdoldurma məntəqələrində fasilələrin olması barədə məlumat yayıb.

Bu kiberhücum 2019-cu ilin noyabrında benzinin qiymətinin qəfil artmasına qarşı etirazların və ümummilli etirazların yatırılmasının ikinci ildönümünə təsadüf edir.

Şərhlər

Xəbərlər

Babildə “Fatimə günləri” matəmində bir nəfər ölüb, 30 nəfər yaralanıb

Dekabr 18, 2023
1 dəqiqədə oxunur
Babildə “Fatimə günləri” matəmində bir nəfər ölüb, 30 nəfər yaralanıb