close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Səmira Səbziyanın edam hökmü icra edilib

Dekabr 20, 2023
2 dəqiqədə oxunur
Səmira Səbziyan edam edildi
Səmira Səbziyan edam edildi

2023-cü il dekabrın 20-də çərşənbə günü səhər saatlarında uşaq nikahının qurbanlarından olan Səmira Səbziyanın edam hökmü Tehranın Gərçək həbsxanasında icra olundu.

18 dekabr 2023-də Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı bir həftə öncə təxirə salınan bu gənc qadının qaçılmaz edamı ilə bağlı xəbərdarlıq etdi.

Bu insan haqları təşkilatı İranda edamların sayının artdığına diqqət çəkərək, xalqı, mədəni fəalları və beynəlxalq ictimaiyyəti edam və siyasi irtica əleyhinə kampaniyalar təşkil edərək, Səmira Səbziyan və edamını gözləyən başqa məhbusların həyatını xilas etməyə çalışmağa dəvət edib.

Səmira Səbziyan uşaq nikahlı bir qadın idi ki həyat yoldaşını öldürdüyü ittihamı ilə Gərçək həbsxanasının tək adamlıq kamerasına köçürülmüşdü. Lakin kollektiv reaksiyalar səbəbindən bu cəza müvəqqəti olaraq dayandırılıb.

İran İnsan Haqları Təşkilatının direktoru “Mahmud Əmiri Müqəddəm” daha öncə xəbərdarlıq edərək bildirib ki, hökumət edam cəzasına məhkum edilmiş məhbusları təkadamlıq kameradan ümumi həbsxanaya qaytarmaqla, onların cəzasının icrası ilə bağlı həssaslığı azaltmağa çalışır.

15 yaşında ailə quran Səmira Səbziyan 2014-cü ildə həyat yoldaşını öldürməkdə ittiham olunur və on ildir həbsdədir.

Keçən həftə İranwire, Səmira Səbziyanın cəzasının müvəqqəti dayandırılmasından sonra və cəzanın icra olunma ehtimalına görə, təkadamlıq kameradan Evin həbsxanasının karantin palatasına köçürüldüyünü təsdiq edən məlumat əldə etdi və ayrıca onun zəng etməsi və qohumları ilə görüşməsi qadağan edilmişdi.

Xanım Səbziyanın yaxınları da bildiriblər ki, onlara edam hökmünün 2o dekabrda sübh çağında icra olunacağı deyilib və həyat yoldaşının ailəsini razı salmağa çalışırlar.

Bu hökmün icrası ehtimalının yaratdığı təzyiq o qədər böyükdür ki, məlumatlı mənbənin sözlərinə görə “Səmira Səbziyan palataya keçəndən sonra danışıq qabiliyyətini itirdi. Həmçinin həbsxanaya qayıdanda yeriyə bilməyib və əlil arabasında daşınıb”.

Hələ də hökmün icrasında israrlı olan qurbanın valideynləri öncələr Xanım Səbziyan övladlarının qəyyumluğunu tələb etməsə, qisasdan yayınacaqlarını və bu səbəbdən də son on ildə o, indi 11 və 15 yaşlı iki övladı ilə görüşməyib.

Məcburi hicaba qarşı fəal, keçmiş siyasi məhbus Mozgan Keşavərz X (Twitter) hesabında yazıb: “Əlvida, dostum, Səmira, məni bağışla. Əlimdən gələni etdim, olmadı... Daha bir qurban edam edildi! Onlar bir neçə dəqiqə öncə Səmira Səbziyanı öldürüblər. İslam Respublikası bəşəriyyətin qatilidir”.

Şərhlər

Xəbərlər

Fiziki vəziyyəti pisləşən Riza Şahabi xəstəxanaya köçürülüb

Dekabr 19, 2023
1 dəqiqədə oxunur
Fiziki vəziyyəti pisləşən Riza Şahabi xəstəxanaya köçürülüb