İran xəbər agentliklərinin məlumatına görə, Kirmanda törədilən terror partlayışları nəticəsində azı 20 öyrəncinin öldüyü müəyyən edilib.
İsna dövlət xəbər agentliyi İranın təhsil nazirinin şahidlər üzrə müşavirinə istinadən Kirmanda baş verən partlayışlarda 20 öyrəncinin öldüyünü xəbər verib.
Zəhra Müzəffər İsna agentliyinə bildirib ki, əldə edilən məlumata görə, bu partlayışlar nəticəsində bir müəllim və 20 öyrənci ölüb, eyni ailədən olan dörd öyrənci isə ibtidai məktəbin birinci, ikinci, üçüncü və beşinci sinifindən ölüb.
Bu təhsil rəsmisi onu da bildirdi ki, konservatoriyanın 11-ci və ibtidai 6-cı siniflərində oxuyan iki öyrənci də başqa ailədən öldürülüb. O əlavə edib ki, bu mərasimdə öyrəncilər ümumiyyətlə ailələri ilə birlikdə səhnədə olublar.
Qasım Süleymaninin ildönümü mərasimi zamanı Kirmanda baş verən iki partlayışdan bir gün sonra İraq Şam İslam Dövləti (İŞİD) Kirmandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Bu qrupaun dediyinə görə, Ömər Əl-Movəhed və Seyfullah Mücahid, Kirman şəhərində Qasım Süleymaninin qəbri yaxınlığında müşrik şiələrin böyük bir yığıncağına gedib və izdihamın içində partlayıcı kəmərlərini işə salıblar və nəticədə 300-dən çox müşrik şiə həlak olub və ya yaralanıb.
İlkin məlumatlara görə, bu partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Daha sonra İranın səhiyyə naziri qeyd olunan statistik məlumatları yanlış hesab edərək, hadisədə ölənlərin dəqiq sayının 95 nəfər olduğunu bildirib.
Şərhlər