Bəzi xəbər agentliklərinin verdiyi məlumata görə, Xameneinin müşaviri kimi adı keçən Möhsün Səravani təxminən 20 gün öncə İsrailə casusluq ittihamı ilə edam edilib.
Hüquq fakültəsinin altıncı dönəminin öyrəncisi və Sistan və Bəluçistanın keçmiş valisi Əli Osət Haşiminin müşaviri olan 24 yaşlı Səravani dövlət agentləri vasitəsilə həm məxfi, həm də çox məxfi məlumatların toplanması ilə məşğul olaraq məxfi məlumatı Mossad zabitinə verib.
Qeyd edək ki, Möhsün Səravani 2017-ci ildə Sistan və Bəlucistan əyalətinin valisinin müşaviri kimi rəsmi fəaliyyətə başlayıb.
Qısa müddət sonra Əli Xameneinin xüsusi işlər üzrə müavini Vəhid Həqqanianla yaxın əlaqə quran Səravani rəhbərlik ofisində işə başlayıb.
2022-ci ilin aprel ayında həbs edilən Möhsün Səravani barəsində “MOSSAD-a casusluq və İranın nüvə alimlərinə terror planlaşdırmaq” ittihamları irəli sürülmüşdü.
Şərhlər