close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Çin, Rusiya və İslam Respublikasının Hind okeanında birgə təlimləri başa çatıb

Mart 15, 2024
1 dəqiqədə oxunur
Husilərin hücumlarına cavab olaraq və regionda gəmiçilik təhlükəsizliyini təmin etmək üçün Birləşmiş Ştatlar İngiltərə və Almaniya da daxil olmaqla müttəfiqlərinin iştirakı ilə dəniz koalisiyası yaradıb və bir neçə dəfə onların mövqelərinə hücum edib. Bu qrup İran hökuməti tərəfindən dəstəklənir.

Çin, Rusiya və İran İslam Respublikası arasında Hind okeanının quzeyində və Oman dənizinin suları yaxınlığında üç günlük birgə təlim cümə axşamı, martın 14-də başa çatıb.

Məlumata görə, Çin Hərbi Dəniz Qüvvələri təlimə bir esmines və idarə olunan raketlərlə təchiz olunmuş freqatı göndərib. Rusiya isə Sakit Okean donanmasından “Varyaq” kreyserini göndərib və İran İslam Respublikası da freqatlar və sürətli qayıqlar da daxil olmaqla bir neçə gəmi ilə iştirak edib.

Çin Müdafiə Nazirliyi açıqlamasında üç ölkənin iyirmidən çox gəmisi ilə Oman dənizi yaxınlığında keçirilən bu təlimin məqsədini “dəniz əməkdaşlığını gücləndirmək və regional barış və sabitliyi qorumaq” adlandırıb.

Rusiya və İran İslam Respublikası da bu təlimi dəniz əməkdaşlığının gücləndirilməsi və beynəlxalq su yollarında barış və sabitliyin qorunması üçün eyni tonda adlandırıblar. Artıq beşinci ildir ki, bu birgə təlim Hind okeanının sularında keçirilir.

Bu üç günlük təlim Qırmızı dəniz sularında, strateji Bab əl-Məndəb boğazında və Ədən körfəzində son aylarda gərginliyin artdığı və İranın dəstəklədiyi husilərin tranzitdə olan bir çox gəmiyə hücum etdiyi bir vaxtda keçirilib..

Husilərin hücumlarına cavab olaraq və regionda gəmiçilik təhlükəsizliyini təmin etmək üçün Birləşmiş Ştatlar İngiltərə və Almaniya da daxil olmaqla müttəfiqlərinin iştirakı ilə dəniz koalisiyası yaradıb və bir neçə dəfə onların mövqelərinə hücum edib. Bu qrup İran hökuməti tərəfindən dəstəklənir.

ABŞ Mərkəzi Komandanlığının baş komandanı general Maykl Korilla cümə axşamı, martın 7-də ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin iclasında deyib: “İslam Respublikası Orta Doğunu böhranlar mərkəzinə çevirib və ondan çəkindirməyin çarəsi Tehranın bu davranışın onun üçün pis nəticələrə malik olduğunu başa düşməsidir”.

Centcom komandiri əlavə etdi: “İslam Respublikası Qəzzada Həmas və Yəməndə Husilərin hərbi dəstəyi ilə Orta Doğunu böhrana sürükləyib və Suriya, İraq və Livanda bütün vəkil qüvvələrini yerləşdirməklə regionu son 50 ildəki ən qeyri-sabit vəziyyətə salıb”.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İslam Respublikası Rusiyanın qara bazarından zərərli proqramlar almaya cəhd edib

Mart 14, 2024
1 dəqiqədə oxunur
İslam Respublikası Rusiyanın qara bazarından zərərli proqramlar almaya cəhd edib