close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Novruz səfərlərində ən az 813 nəfər həyatını itirib və 21 min nəfər də yaralanıb

Aprel 4, 2024
1 dəqiqədə oxunur
Novruz səfərlərində ən az 813 nəfər həyatını itirib və 21 min nəfər də yaralanıb

İran yol polisi Novruz səfərləri zamanı ümumilikdə 813 nəfərin yol qəzalarında öldüyünü, 21 min nəfərin yaralandığını bildirib. 14 mart 2024-cü ildən 2 aprel 2024-cü ilə qədər isə 100 minə yaxın yol-nəqliyyat hadisəsinin qeydə alındığını bildirdi.

Yol Polisi Məlumat və Nəqliyyata Nəzarət Mərkəzinin rəisi Əhməd Şiraninin sözlərinə görə, bu yol qəzaları arasında 667 hadisədə 813 nəfərin ölümü ilə nəticələnən qəzalarla bağlı olub.

Çərşənbə günü, aprelin 3-də o, İsna xəbər agentliyinə deyib: “Bu, hadisə yerində ölənlərlə bağlı ilkin statistikadır və ölənlərin dəqiq statistikası həkim-ekspertiza tərəfindən açıqlanacaq”.

Bu müddət ərzində 17 min 56 yaralanma hadisəsi baş verib, nəticədə 21 min nəfər yaralanıb, o cümlədən 441 nəfər amputasiya edilib.

Ali Milli Təhlükəsizlik Şurasına yaxın media orqanı olan Noor News çərşənbə günü yaydığı hesabatda yazıb ki, İranda qəzalar nəticəsində ölənlərin sayı 27 ölkə və 450 milyon insanı əhatə edən bütün Avropa Birliyinin statistikasına bərabərdir.

Bu hesabata görə, son iki onillikdə ölkədə 420 mindən çox insan yol qəzalarında ölüb ki, bu da İraq və İran arasında səkkiz illik müharibədə ölənlərin ümumi sayından təxminən iki dəfə çoxdur.

Statistik məlumatlar göstərir ki, İranda yol qəzaları dünya standartlarından 20 dəfə çoxdur və bu qəzalar nəticəsində İranda əlillərin sayına 40-60 min nəfər əlavə olunur.

Rəsmi statistika göstərir ki, son illərdə həlak olanların əhəmiyyətli faizi İranda istehsal olunan və yığılan avtomobillərin sərnişinləridir.

Bu çərçivədə 31 mrtda ölkənin yol polisinin rəisi Həsən Momeni Novruz bayramı başlayandan bəri ölümlə nəticələnən qəzalara məruz qalan avtomobillərin yüzdə 83 yerli istehsal avtomobilləri olduğunu açıqlayıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ceyş əl-Ədl-in Çabahar hərbi mərkəzlərinə hücumunda ölənlərin sayı ilə bağlı ziddiyyətli açıqlamalar

Aprel 4, 2024
2 dəqiqədə oxunur
Ceyş əl-Ədl-in Çabahar hərbi mərkəzlərinə hücumunda ölənlərin sayı ilə bağlı ziddiyyətli açıqlamalar