close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Əli Rəzizadə Nadarlının şərti azadlığa buraxılması və məzuniyyətə göndərilməsi istəyi rəd edilib

Aprel 8, 2024
1 dəqiqədə oxunur
Əli Rəzizadə Nadarlının şərti azadlığa buraxılması və məzuniyyətə göndərilməsi istəyi rəd edilib

Evin həbsxanasının 8-ci palatasında cəza çəkən Türk mədəni fəal Əli Rəzizadə Nadarlının şərti azadlığa buraxılması və məzuniyyətə göndərilməsi istəyi rəd edilib.

Bu fəalın yaxınlarının verdiyi məlumata görə, təhlükəsizlik orqanlarının işə müdaxiləsi Əli Rəzizadə Nadarlının şərti azadlığa buraxılmamasına və onun məzuniyyətə çıxarılmamasına səbəb olub.

29 oktyabr 2023-də Tehranda yaşayan bu mədəni fəal bir illik həbs cəzasını çəkmək üçün bir sıra azərbaycanlı mədəni fəalların müşayiəti ilə Evin zindanına aparıldı və Evin həbsxanasının karantin müəssisəsinə köçürüldü.

Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi 2 il həbs cəzası və qruplaşmaya üzv olmaq və ölkədən çıxış qadağası ilə bağlı hökmü təsdiq edərək, sözügedən cəzanın bir ilini 5 il müddətinə təxirə salıb.

O, "pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək"də ittiham edilib.

Əli Rəzizadə Nadarlıya sqarşı irəli sürülən ittihamnamədə bildirilib ki, fəal instaqramda etnik və pantürkist düşüncələri təbliğ edib və videolar yayaraq qanunsuz GAMAC təşkilatını, separatçı düşüncələri, Abbas Lisani, Lətif Həsəni, İbrahim Nuri və b... dəstəkləyib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Joe Biden Netanyahuya: Biz Tehrana qarşı sizinləyik

Aprel 5, 2024
1 dəqiqədə oxunur
Joe Biden Netanyahuya: Biz Tehrana qarşı sizinləyik