close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Marağada Kaneks məktəbinin uçması; Müəllim və beş öyrənci yaralanıb

Aprel 9, 2024
1 dəqiqədə oxunur
Marağada Kaneks məktəbinin uçması; Müəllim və beş öyrənci yaralanıb

Doğu Azərbaycan əyalətinin Marağa şəhərinin “Bağ Yeri” kəndində konteyner kaneks məktəbin uçması nəticəsində bir müəllim və beş öyrənci xəsarət alaraq xəstəxanaya köçürülüb.

İsna-nın xəbərinə görə, aprelin 7-si bazar günü günorta saatlarında baş verən bu hadisədə Bağ Yeri kəndindəki bir məktəb binası güclü külək nəticəsində üçüb və tamamilə dağılıb.

Marağa Təhsil idarəsinin baş direktoru Hüseyin Əkbərinin sözlərinə görə, uçmuş kaneks 9 ilə yaxındır ki, bu kənddə məktəb kimi istifadə olunur və onun yapısı daha öncə də zədələnmişdi.

Marağa Təcili Yardım İdarəsinin rəhbəri də bildirib ki, altı yaralıdan ikisi xəstəxanadan buraxılıb və dörd nəfər hələ də xəstəxanadadır, lakin onların ümumi vəziyyəti yaxşıdır.

İsnanın sözlərinə görə, hazırda Marağa şəhərində 17 kənd məktəbi var və bu məktəblərin əksəriyyəti Seracu rayonunda yerləşir. İsna yazıb ki, bu sektorda orta məktəb və lisey olmaması səbəbindən öyrəncilərin çoxu altıncı sinfə qədər oxuyur və sonra təhsilini yarımçıq qoyur.

İran Statistika Mərkəzinin son tədris ilində məktəbi tərk etmə nisbəti ilə bağlı son hesabatı göstərir ki, İranda bir milyona yaxın öyrənci ya ümumiyyətlə məktəbə daxil olmayıb, ya da daxil olsalar, məktəbi tərk ediblər.

Bu hesabata görə, təhsili tərk edənlərin ən çoxu 15-17 yaş arası yeniyetmələrdir.

Məclis Tədqiqat Mərkəzi daha öncə 2021-2022-ci tədris ilində məktəbi tərk edən uşaqların sayını təxminən 911 min nəfər elan etmişdi, lakin İran Statistika Mərkəzinin hesabatına əsasən, 2020-2021-ci tədris ilində uşaqların təhsili tərk etmə nisbəti 2022-2023-də yüzəd iki artaraq təxminən 930 minə çatdı.

Öyrəncilərin əksəriyyəti ikinci orta təhsil dönəmində idi. Belə ki, 15-17 yaşlı əhalinin sayının 3 milyon 552 min 889 nəfər olduğu ötən tədris ilində bu yaş qrupunda 556 min 994 nəfər təhsili tərk edib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Millət vəkili: Hicabınızı riayət edərsəniz hesabınızdan pul çıxmayaq

Aprel 8, 2024
ایران‌وایر
1 dəqiqədə oxunur
Millət vəkili: Hicabınızı riayət edərsəniz hesabınızdan pul çıxmayaq