İran xəbər agentliklərinin məlumatına görə, Buşəhr əyalətinin polis komandiri bu əyalətdə seçkilərə etiraz edən “dörd nəfərdən” ibarət bir qrupun həbs edildiyini bildirib.
Buşəhr əyalətinin polis komandiri Heydər Susəni bu insanları "bir sıra reklam bannerlərini" yandırmaqda və "şüar yazmaqda" ittiham edib.
Buşehr polisi iddia edib ki, bu şəxslər “hücum etmək və molotov kokteyli atmaq və polis qərargahlarından birinə od vurmaq niyyətində olublar”.
O, elan etdi: “Həbs edilən və təqsirləndirilən şəxslərin hamısının ğncəki illərdəki kütləvi iğtişaşlarda iştirakı olub və indidə məhkəmə orqanlarına təqdim edilib”.
Bundan öncə İslam Respublikasının məhkəmə sistemi prezident seçkilərinin ikinci mərhələsində 100 nəfərin çağırıldığını və 113 nəfərin həbs edildiyini açıqlamışdı.
Şərhlər