close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

ABŞ Xarici İşlər Nazirliyi İnqilab Keşikçilərinin kiber agentlərini müəyyən edənlərə 10 milyon dollar mükafat verəcək

Avqust 8, 2024
IranWire
1 dəqiqədə oxunur

ABŞ Xarici İşlər Nazirliyi İnqilab Keşikçilərinin kiber Komandanlığının altı yüksək vəzifəli məmurunun şəkillərini dərc etməklə, bu şəxslərin yerinin müəyyən edilməsi və şəxsiyyətinin açıqlanması daxil olmaqla, məlumat verənlərə 10 milyon dollar mükafat təyin edib.

Bu görüntüləri dərc edən “Padaş Ədalət” saytının məlumatına görə, bu şəxslərin adları “Həmidriza Ləşgərian”, “Hamid Homayun Fal”, “Milad Mənsuri”, “Riza Məhəmməd Əmin Sabiriyan”, “Məhəmməd Bağır Şirinka” və “Mehdi Ləşgərian”dır ki, İK-ın Kiber Elektron Komandanlığı cyberAn3ngers haker qrupuna nəzarət edir.

Bu bəyanatda qeyd olunur: “Bu qrupun üzvləri ABŞ-ın su və çirkab su obyektlərində və digər önəmli infrastrukturlarda istifadə olunan İsrail istehsalı sənaye nəzarət sistemlərinə sızıblar”.

2023-cü ilin fevralında bu altı nəfər kiber təxribat fəaliyyətlərinə görə ABŞ Maliyyə Departamenti tərəfindən ABŞ-ın sanksiya siyahısına salındı. Eyni zamanda “Microsoft Threat Analysis Center”in tədqiqatçıları İrana bağlı qrupların İsraili hədəf alan kiber əməliyyatlarının daha çox toplandığı barədə xəbərdarlıq ediblər.

Şərhlər

Xəbərlər

Polis bir qızı döydükdən sonra: Yüngül xəsarət alıb

Avqust 7, 2024
IranWire
1 dəqiqədə oxunur
Polis bir qızı döydükdən sonra: Yüngül xəsarət alıb