close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Netanyahuya sui-qəsddə İran hökuməti ilə əməkdaşlıq edən bir israilli həbs edilib

Sentyabr 20, 2024
IranWire
1 dəqiqədə oxunur
Netanyahuya sui-qəsddə İran hökuməti ilə əməkdaşlıq edən bir israilli həbs edilib

İsrail mediası bildirib ki, İsrail prokurorluğu Netanyahunu öldürmək və aradan qaldırmaq üçün İran hökuməti ilə əməkdaşlıq etməkdə ittiham olunan şəxsi həbs edib.

Uzun müddət Türkiyədə yaşayan, İsrailin Aşkelon limanından olan iş adamı, 72 yaşlı Moti Mamanı İsrail prokurorluğu “xarici agent”lə əlaqə saxlamaqda ittiham edib.

Mehr Xəbər Agentliyi bu bağlamda yazıb ki, İsrail təhlükəsizlik qüvvələri baş nazir Benyamin Netanyahu və müharibə naziri Yoav Qalanta qarşı sui-qəsddə İranla əməkdaşlıq etməkdə ittiham olunan bir şəxsi həbs edib.

İsrailin daxili təhlükəsizlik təşkilatı iddia edib ki, “İran baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantı və digər İsrail rəsmilərini öldürməyi planlaşdırıb”.

Təhlükəsizlik təşkilatının açıqlamasında həbs edilən şəxsin Türkiyə üzərindən İrana daxil olduğu və İran kəşfiyyatı rəsmiləri ilə görüşdüyü bildirilir.

İsrailin daxili təhlükəsizlik təşkilatı da 18 sentyabr Çərşənbə günü elan edib ki, Hizbullah İsrail ordusunun keçmiş baş qərargah rəisi general Moşe Bogie Yaalonu öldürmək planı hazırlayıb və onun Təl-Əvivdəki Hayarkon parkındakı gündəlik təlim yerinə gedən yolda bomba yerləşdirib.

Şərhlər

Xəbərlər

Amerika polisi: İranlı hakerlər Trumpın məlumatlarını Biden kampaniyasına göndəriblər

Sentyabr 19, 2024
IranWire
1 dəqiqədə oxunur
Amerika polisi: İranlı hakerlər Trumpın məlumatlarını Biden kampaniyasına göndəriblər