Türk fəallara qarşı təzyiqlərin artmasının ardınca təhlükəsizlik işçiləri növbəti dəfə Şəbistərin Nadarlı kəndinə basqın edərək bu ərazidə olan fəallardan bəzilərinin evlərində axtarış aparıblar.
Təhlükəsizlik qüvvələri Nadarlıdan olan “Məhəmmədriza Əqdəsi, Hadi Əqdəsi, Vahid Qafari və Cəlal Nurməhəmmədi”nin evlərində axtarış aparıb, onların şəxsi əşyalarını, o cümlədən mobil telefonlarını və kitablarını müsadirə edib.
Bu aksiya keçən il bu bölgənin bir sıra digər fəallarının, o cümlədən “Araz Əmani, Hüseyn Əmani və Mürtəza Nurməhəmmədi”nin həbs olunaraq bir müddət sonra girov qarşılığında sərbəst buraxıldığı bir vaxtda həyata keçirilir.
Hazırda Nadarlıdan olan başqa Azərbaycanlı fəallardan olan Əli Rəzizadə hələ də Evin həbsxanasındadır və vəziyyəti pisdir.
Bu fəallara yaxın mənbələrin açıqlamalarına görə, bu cür hərəkətlər Azərbaycanlı fəallara qanuni istəkləri istikamətində baş verən təzyiqlərdir.
Şərhlər