close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Politico: London İnqilab Keşikçilərini terror qruplaşması elan etməkdən imtina edir

Oktyabr 17, 2024
1 dəqiqədə oxunur
Politico: London İnqilab Keşikçilərini terror qruplaşması elan etməkdən imtina edir
Politico: London İnqilab Keşikçilərini terror qruplaşması elan etməkdən imtina edir

Britaniya hökuməti İnqilab Keşikçiləri Korpusunun terror qruplaşması elan edilməsi ilə bağlı çoxsaylı müraciətlərə baxmayaraq, bu aksiyadan çəkinmək qərarına gəlib.

Hökumət mənbələri Politico-ya bildiriblər ki, Britaniyanın daxili işlər naziri İvette Kuper İnqilab Keşikçilərini terrorçu qruplar siyahısına salmaqdan çəkinir.

Bu, Leyboristlər Partiyasının müxalifət olanda bu tədbiri dəstəkləməsinə baxmayaraq baş verir.

Kuper ilk dəfə 2023-cü ilin iyulunda dedi: "Mühafizəkar hökumət [Rusiyanın şəxsi hərbi qrupu] Vaqner və ya İİKK kimi təşkilatları qadağan etmək üçün antiterror qanunlarından istifadə etməlidir."

İslam İnqilabı Keşikçiləri Korpusu artıq Amerika Birləşmiş Ştatları, Bəhreyn, Səudiyyə Ərəbistanı və Kanada tərəfindən terror təşkilatı kimi tanınıb.

Oktyabrın 12-də İsveçin baş naziri Ulf Kristerson Avropa İttifaqından İnqilab Keşikçilərini terror təşkilatları siyahısına daxil etməyi xahiş edib.

“Politico”nun fikrincə, Britaniya hökuməti İnqilab Keşikçilərinə sanksiya tətbiq etsə də, onu terror qruplaşması kimi elan etmək geniş diplomatik effektlər verə bilər.

Keçən ay “Teleqraf” qəzeti baş nazir Kir Starmerin hökumətində İnqilab Keşikçilərini terror qruplaşması kimi təqdim edilməsini araşdırıldığını elan etmişdi.

Şərhlər

Xəbərlər

Şuştər sənaye şəhərciyində neft emalı zavodundaki partlayışda 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Oktyabr 16, 2024
IranWire
1 dəqiqədə oxunur
Şuştər sənaye şəhərciyində neft emalı zavodundaki partlayışda 1 nəfər ölüb, 6 nəfər yaralanıb