İran mediası İsrailin şənbə günü səhər hücumu nəticəsində ölənlərin sayının 5 nəfərə yüksəldiyini bildirib.
“Fars” xəbər agentliyi bazar günü, oktyabrın 27-də yazıb ki, “Allahverdi Rəhimpur” adlı sivil şəxs İsrailin hava hücumları zamanı ölüb.
Fars-ın məlumatına görə, Allahverdi Rəhimpur adlı şəxs podratçı şirkətin mühafizəçisi idi. O, Batı Azərbaycan əyalətinin Tikan Təpə şəhərində anadan olub və İslamşəhrin Nəsimşəhr şəhərində yaşayırdı.
Daha öncə də cənab Rəhimpurun əsgər olması ilə bağlı xəbərlər dərc edilmişdi, lakin ordunun ictimaiyyətlə əlaqələri iddia edirdi ki, İsrailin hücumunda bu qüvvənin ölən sayı cəmi 4 nəfər olub və bu rəqəm artmayıb.
İslam Respublikası Ordusu daha öncə “Məhəmməd Mehdi Şahruxi”, “Həmzə Cahandidə”, “Səccad Mənsuri” və “Mehdi Nəqəvi” adlı dörd qüvvəsinin öldüyünü təsdiqləmiş və onların hamısının ordunun müdafiəsi üzvləri olduğunu bildirmişdi.
Şərhlər