İranwire-in əldə etddiyi bilgilərə görə, Türk mədəni fəal Yusif Kari Ərdəbildə meyvə satarkən polis tərəfindən həbs edilib və Ərdəbil şəhərinin 14-cü polis bölməsinə və oradan da İnqilab Prokurorluğuna aparılıb.
Təhlükəsizlik orqanlarının təzyiqi ilə daha öncə dəfələrlə əmək fəaliyyətinə qadağa qoyulan və çətinlik törədilən cənab Kari son aylarda alverlə məşğul olub və dünən polis tərəfindən həbs edilib.
Yusif Kari 3 Sentyabr 2019-cu ildə saxlanıldıqdan sonra Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Sonradan bu qərar Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi tərəfindən 2 il həbs cəzasına endirilib.
Qeyd edək ki, Yusif Kari dinc mədəni fəaliyyətlərinə görə iki illik həbs cəzası çəkdikdən sonra 28 iyun tarixində Ərdəbil zindanından azadlığa buraxılıb.
Şərhlər