Xameneinin müşaviri Əli Laricani İk-nə bağlı Tasnim xəbər agentliyinə deyib: "Müvafiq hərbi və milli rəsmilər İsrailə cavab verməyə hazırlaşır. Belə ki, bu, milli təhlükəsizliklə bağlı olduğu üçün diqqət və müəyyən qədər məxfilik tələb edən məsələdir".
O bildirib ki, ölkənin müvafiq hərbi və dövlət orqanları İsrailə cavab verməyə hazırlaşır və İsrailin hesablamalarını tənzimləmək prinsipi qüvvədə qalır.
Daha öncə də, İranın Xarici İşlər Naziri Abbas Əraqçi İnqilab Keşikçiləri komandirləri qarşısında çıxışında, İranın İsrailin hücumlarına cavab verməsi və çəkindirmə diplomatiyanın rolu ilə bağlı məsələlərə işarə edib.
O, İsrailin son əməliyyatına toxunaraq, bu hücumu "yeni təcavüz" adlandırıb və bəyan edib ki, İran buna lazımi vaxtda və lazımi şəkildə cavab vermək hüququnu özündə saxlayır.
İran və rəsmilərinin sözlərinə görə, İran hökuməti əvvəlki iki hücumda olduğu kimi raket və pilotsuz təyyarələrə qarşı cavab tədbirlərini məhdudlaşdırmaq niyyətində deyil və istifadə edilən istənilən raketlər daha güclü döyüş başlıqlarına malik olacaq.
Son aylarda İslam Respublikasının rəhbəri “Əli Xamenei” İsrail və onun düşmənlərinə möhkəm cavab verəcəyini demişdi va İran İslam Respublikası İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini “Əli Fədəvi” də açıqlama verərək İranın İsrailə cavabının qəti olduğunu söyləmişdi.
Şərhlər