Dünən 21 Aprel 2022-ci ildə Türkiyədə yaşayan azərbaycanlı mədəni fəal Arəş Məkaridustun qardaşı Fərdin Məkaridust məhkəmə qərarı olmadan Sulduz kəşfiyyat idarəsi tərəfindən çağırılaraq təzyiqə məruz qalıb.
Yaxınlarının bildirdiyinə görə, təhlükəsizlik rəsmiləri cənab Məkaridusta Türkiyədəki Azərbaycanlı Qaçqınlar Dərnəyinin direktoru olan qardaşı Arəş Məkaridustun fəaliyyəti ilə bağlı suallar verib və ona fəaliyyətini davam etdirməsi ilə bağlı xəbərdarlıq ediblər.
Ötən illər ərzində İran İslam Respublikasının Kəşfiyyat Xidməti müxtəlif şəhərlərdə Azərbaycanlı mədəni fəalları və onların yaxınlarını çağırıb, hədələyib, tutub, onlara işgəncə verib, onları həbs və işgəncələrə məruz qoyub. Əksər Azərbaycanlı fəallar bu hərəkəti qanunsuz hesab edir və məhkəmə bildirişinin verilməsini tələb edirlər.
Şərhlər