close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

Fəriba Kəmalabadi və Məhvəş Sabetə verilən 10 il həbs cəzası təsdiq edilib

Avqust 10, 2023
1 dəqiqədə oxunur
Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi “Məhvəş Şəhriyari [sabet]” və “Fəribə Kəmalabadi”iyə verilən 10 illik həbs hökmünü təsdiqləyib.

Bu iki bəhai vətəndaşın məhkəməsi 21 noyabr 2022-ci il bazar ertəsi günü Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim Əfşarinin sədrliyi ilə keçirildi.

Hökmə əsasən, ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup və təşkilatlara rəhbərlik etməkdə (İranın Bəhai icmasını nəzərdə tutur) ittiham olunan Məhvəş Sabet və Fəribə Kəmalabadi 10 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, mobil telefonlar və noutbukları müsadirə edilib və Tehranda qalma qadağası, ölkədən çıxış qadağası və iki il ərzində ictimai-siyasi təşkilatlara üzvlük qadağası ilə üzləşiblər.

Qeyd edək ki, Fəriba Kəmalabadi və Məhvəş Sabet 2009-cu ildən İranın Bəhai icmasında heç bir məsuliyyət daşımayıb və məhkəmə iclasında ittihamları təsdiq edən heç bir sənəd vəkillər və təqsirləndirilən şəxslərə təqdim edilməyib.

Bundan öncə Məhvəş Şəhriyari [Sabet] və Fəriba Kəmalabadi, 2008-2017-cı illər ərzində Bəhai icmasını idarə etmək ittihamı ilə on il həbs cəzası çəkmişlər.

Bu iki Bəhai vətəndaş 31 İyul 2022-ci ildə təhlükəsizlik agentləri evlərinə basqın edərkən həbs edilmiş və bir ildən artıqdır ki, Evin həbsxanasında həbsdədirlər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ümumi etirazlar; Səhənd Nurməhəmmədzadə Kirmandakı “Kəhnuc həbsxanası”na köçürüləcək

Avqust 10, 2023
1 dəqiqədə oxunur
Ümumi etirazlar; Səhənd Nurməhəmmədzadə Kirmandakı “Kəhnuc həbsxanası”na köçürüləcək