close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ümumi etirazlar; Səhənd Nurməhəmmədzadə Kirmandakı “Kəhnuc həbsxanası”na köçürüləcək

Avqust 10, 2023
1 dəqiqədə oxunur
Ümumi etirazlar; Səhənd Nurməhəmmədzadə Kirmandakı “Kəhnuc həbsxanası”na köçürüləcək

Tehranda keçirilən ümummilli etiraz aksiyaları zamanı həbs edilən etirazçılardan biri Səhənd Nurməhəmmədzadənin vəkili “Şərq” qəzetinə müsahibəsində bildirib ki, müvəkkilinin on illik sürgün müddətini çəkmək üçün gələn həftə Kirmandakı Kəhnuc həbsxanasına köçürüləcək.

Səhənd Nurməhəmmədzadənin atası daha öncə demişdi ki, məhkəmə orqanları ona və ailəsinə oğlunun 10 illik sürgün cəzasının sürgündə həbs cəzası şəklində icra olunacağını bildiriblər.

Səhənd Nurməhəmmədzadəni müdafiə edən vəkil “Həmid Əhmədi”nin verdiyi məlumata görə, iyulun 4-də Ali Məhkəmənin 39-cu şöbəsində Səhənd Nurməhəmmədzadənin ikinci apellyasiya şikayəti təmin edilməyib, lakin onlar bazar ertəsi yeni iclasın keçirilməsi üçün vəsatət veriblər.

Səhənd Məhəmmədzadə həbs olunduqdan sonra 2022-ci ilin noyabrında müharibə ittihamı ilə ruhi işgəncələrlə müşayiət olunan edam cəzasına məhkum edilmiş, lakin sonradan bu cəza 10 il sürgünə və 6 il həbsə endirilmişdir.

Bu vəkil bildirib ki, İranda məhkəmə sistemi onu iki dəfə “bir hərəkətə” görə cəzalandırıb və buna görə də məhkəmənin yenidən araşdırılması tələbi qəbul edilməlidir.

Cənab Əhmədi bildirib ki, Səhənd Nur Məhəmmədzadəyə deyiblər “Kirmana getmək üçün əşyalarını topla, orada 10 il həbsdə qalmalısan. Ona köçürülmə haqqı olaraq 5 milyon tüməndən çox pul verməli olduğu da bildirilib. Yalvararaq, bir həftə vaxt ala bilmişik. Ədliyyə orqanlarından xahiş edirəm ki, bizim işə yenidən baxılmasına diqqət yetirsinlər və bu prosesi dayandırsınlar”.

Səhənd Nurməhəmmədzadə saxlanıldığı müddətdə məruz qaldığı fiziki və ruhi təzyiqlər barədə dəfələrlə məlumat verib. Keçən ilin dekabrında o, Tehran həbsxanasından səs faylı yayaraq üç dəfə “göstərməli edam edildiyini” bildirib.

O, ayrıca bildirib ki, həbs edildikdən sonra təhlükəsizlik əməkdaşları onu yaşadığı küçəyə aparıb və buranı bir daha görmək arzusunda olduğunu bildiriblər.

31 Mart 2023-ci ildə Səhənd Nurməhəmmədzadə BBC Farsca ilə müsahibədən sonra ümumi həbsxanadan Rəcaişəhr həbsxanasında bir nəfərlik kameraya köçürüldü.

Şərhlər

Xəbərlər

İnqilab Keşikçiləri sözçüsü Urmiyə gölünün quruması ilə bağlı tənqidləri “hökümətə qarşı hərəkət” adlandırıb

Avqust 9, 2023
1 dəqiqədə oxunur
İnqilab Keşikçiləri sözçüsü Urmiyə gölünün quruması ilə bağlı tənqidləri “hökümətə qarşı hərəkət” adlandırıb