İnqilab Keşikçiləri sözçüsü "Ramazan Şərif" Urmiyə gölünün quruması ilə bağlı tənqidlərə cavab olaraq etirazçıları İslam Respublikasının "hakimiyyətini qırmaq" üçün hərəkət adlandırıb.
Çərşənbə günü, avqustun 9-da Ramazan Şərif iddia etdi: Dünyada son 800 ildə Urmiyə gölü kimi bir neçə göl quruyub və bu iqlim dəyişiklikləri İrana xas deyil”.
Çaharmahal və Bəxtiyari əyalətlərinin jurnalistləri qarşısında çıxış edən o, Urmiyə gölünün bərpasına dövlət orqanlarının laqeydliyi və səhlənkarlığı ilə bağlı tənqidləri heç bir sənəd və dəlil təqdim etmədən “hakimiyyətə qarşı hərəkət” adlandırıb və bunu “Urmiyə gölünün bərpası ilə bağlı imkanlarının şübhə altına alınması mövzusu” hesab edib".
İnqilab Keşikçilərinin sözçüsü Urmiyə gölünün qurumasının yeganə səbəbinin “iqlim dəyişiklikləri” olduğunu iddia etsə də, bir çox ekspertlər gölün qurumasının əsas səbəbləri kimi İİKK-nın “prinsipsiz” bənd tikintisini və minlərlə qanunsuz quyunun qazılmasını hesab edirlər.
İnqilab Keşikçilərinin sözçüsünün iddiası ekoloji böhranların hər il daha geniş vüsət aldığı və hökumət rəsmilərinin böhranları həll edə bilmədiyi bir şəraitdə səslənir.
Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri də bu ilin iyulunda Urmiyə gölünün "mümkün ölümü" və bu ilin sentyabrına qədər "bataqlığa çevrilməsi" ilə bağlı xəbərdarlıq etmişdi. O bildirib ki, Urmiyə gölü tamamilə quruyarsa, bu ərazidən qalxan toz Təbriz şəhərinin və Urmiyə gölünün şərq kənarının boşaldılmasına səbəb ola biləcək böhrana səbəb olacaq.
Şərhlər