Kanada və ABŞ hökumətləri Rusiyaya Ukraynanı işğal etməkdə yrdım etdiyinə və beynəlxalq barış və təhlükəsizliyi təhdid etdiyinə görə İslam Respublikası ilə əlaqəli 14 şəxsə və məqama sanksiya tətbiq edib.
Kanadanın sanksiyasına məruz qalan şəxslər arasında Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Aviasiya Sənayesi Təşkilatının rəhbəri Əbdül Kərim Bənitərəfi də var. Britaniya da İranın İHA istehsal edən “Pərvar Pars” şirkətinə və onun idarə heyətinin yeddi üzvünə sanksiya tətbiq edib.
Çərşənbə axşamı, avqustun 8-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb və Pərvar Pars şirkətini və onun idarə heyəti üzvlərini sanksiyalar siyahısına əlavə etdiyini açıqlayıb.
“Reuters”in xəbərinə görə, “Pərvar Pars” şirkəti və onun menecerləri Rusiya ordusunu silahla təchiz etməkdə və Ukraynaya qarşı hərbi təcavüzdə Moskvanı dəstəkləməkdə ittiham olunaraq sanksiyaya məruz qalıblar.
İHA şirkəti və onun idarə heyətinin yeddi üzvü daha öncə fevral ayında ABŞ sanksiyalarının hədəfinə çevrilmişdi.
Böyük Britaniya Xarici İşlər Nazirliyi öz bəyanatında İslam Respublikasını Rusiyaya Ukraynanın bombalanmasında istifadə edilən “hücum pilotsuz uçan aparatları” ilə təchiz etməkdə məsuliyyət daşıdığını bildirib.
Britaniya hökuməti Pərvar Pars-dan başqa Türkiyə, Dubay, Slovakiya və İsveçrədə yerləşən bir neçə başqa şirkətə də sanksiya tətbiq edib.
Britaniyanın xarici işlər naziri James Cleverly deyib ki, bugünkü sanksiyalar Rusiyanın silah arsenalını zəiflədəcək və Putinin zəifləmiş müdafiə sənayesini dəstəkləyən silah tədarük zəncirlərini kəsəcək.
James Cleverly deyib ki, Rus hərbi maşınını canlı saxlayanların gizlənəcək yerləri yoxyoxdur.
Eyni zamanda, Kanada hökuməti beynəlxalq barış və təhlükəsizliyə təhlükə yaradan fəaliyyətlərdə iştirak etdikləri üçün İslam Respublikasının 7 rəsmisinə də sanksiya tətbiq edib.
Sanksiyaya məruz qalanlar arasında Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Aviasiya Sənayesi Təşkilatının rəhbəri Əbdül Kərim Bənitərəfi də var.
“İman Sanat Zaman Fara” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Fatimə Həqşinas və Məsumə Teymuri, “Quds hava sənayisi”in İdarə Heyətinin üzvləri Riza Xaki, Məcidriza Niyazi və Vəli Arlanizadənin adları Kanada sanksiyalarının siyahısında var.
Sanksiyaya məruz qalan şəxslərin Kanadaya daxil olmasına icazə verilməyəcək və onların əmlakı bu ölkədə dondurulacaq.
Şərhlər