close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Dini Azlıqlar

İnsan Hüquqları Müşahidəçisi‎: İslam Respublikasının bəhailərə münasibəti “insanlığa qarşı cinayətdir”

Aprel 2, 2024
2 dəqiqədə oxunur
Bəhai məbədinin İslam Respublikasının agentləri tərəfindən dağıdılması
Bəhai məbədinin İslam Respublikasının agentləri tərəfindən dağıdılması

“İnsan Hüquqları Müşahidəçisi” misilsiz hesabatında bəyan edib ki, İran hökuməti tərəfindən bəhailiri qarşı qırx beş ildir ki, beynəlxalq cinayət qanunlarına əsaslanan sistematik təqib və təzyiqlər insanlığa qarşı cinayət nümunəsidir.

2 aprel 2024-cü il bazar ertəsi günü “Boüazşmda çəkmələr: İran dövlət məmurlarının İran bəhailərini təqib və sıxışdırmaqda cinayəti” adlı məqalə dərc edilib və İran hökumətinin ölkədə bəhailərin əsas hüquqlarını pozmaq üçün istifadə etdiyi qanunları, siyasətləri və ayrı-seçkilik tədbirlərini sənədləşdirib.

42 səhifəlik bu hesabatda İnsan Hüquqları Müşahidəçisi bəyan edib ki, bəhailər öz həyatlarının demək olar ki, bütün dğnimlirındi pis rəftara məruz qalırlar, dövlət qurumları tərəfindən əsassız saxlanma və həbslərdən tutmuş əmlaklarının müsadirə edilməsinə, təhsil və işlə təmin olunmalarına və hətta ləyaqətli dəfn adətlərinə uyğun olaraq dəfn edilməmələri bu ayrı-seçkilik nümunəsidir.

“İnsan Hüquqları Müşahidəçisi” təşkilatının orta doğu və quzey Afrika üzrə direktor müavini Maykel Peyc hesabatın dərcindən öncə keçirdiyi iclasda deyib: “İran hökumət orqanları bəhailəri cinayət əməllərinə görə deyil, sadəcə olaraq dini icmaya mənsub olduqlarına və bəhai dininə inandıqlarına görə həyatlarının bütün sahələrində əsas hüquqlarından məhrum edir. İnsanlığa qarşı bu cinayətə son qoymaq üçün İrana beynəlxalq təzyiqin artırılması çox vacibdir”.

İnsan Hüquqları Müşahidəçisi öz hesabatını hazırlayarkən hərtərəfli araşdırma və geniş sənədləşdirmə aparıb və İranda Bəhai Əleyhinə Sənədlər Evinin saytından əsas mənbələrdən biri kimi istifadə edib. Bu internet saytında İranda bəhailərin təqib və təzyiqlərinə dair 12 minə yaxın sənəd dərc olunub.

Bu təşkilat öz hesabatında 2022-ci ilin mayından 2023-cü ilin martına qədər İran daxilində və xaricdə hökumət təlimatlarından, məhkəmə sənədlərindən, eləcə də bəhailərlə farsca müsahibələrdən istifadə edib.

İnsan Hüquqları Müşahidəçisi öz hesabatında bəyan edib ki, İslam Respublikası öz qanunlarında və siyasətlərində bəhailərə qarşı repressiyaları təsis edib və təhlükəsizlik qüvvələri və məhkəmə orqanları vasitəsilə bu repressiyaları izləyir.

Hesabatda ayrıca İnsan Hüquqları Müşahidəçisi tədqiqatçıları ilə bəzilərinin adları çəkilən və təhlükəsizlik səbəbi ilə kimlikləri açıqlanmayan İran bəhailəri arasında söhbətlər də təfərrüatlı verilir və onların hamısı İran hökumət rəsmilərinin tərəfindən bəhailərin həyatının bütün sahələrinin məhv edilməsi ətraflı təsvir edilmişdir.

Cenevrədəki Dünya Bəhai İcmasının BMT-dəki nümayəndəsi Simin Fahandej deyib: “Dünya Bəhai icması bu müstəsna hesabatın dərcini və onun möhkəm və güclü sübutuna dərindən minnətdarlığını bildirir. Bu hesabat İranda bəhailərin təqibi və sistematik zülmü ilə bağlı illərlə aparılan araşdırma və sənədləri toplayıb və hər kəsin diqqətini İran hökumətinin beynəlxalq qanunlar və müqavilələrdən irəli gələn insan haqları öhdəliklərinə açıq-aşkar etinasızlığına cəlb edir. Ümid edirik ki, dünya uzun müddətdir ki, Bəhai icmasına qarşı törətdiyi haqsızlıqlara görə İran hökumətindən cavab istəyəcək və İran hökuməti bu sistematik zülmə son qoymaq üçün bütün lazımi qanuni tədbirləri və siyasətləri görəcək. "

Bu, ilk dəfə deyil ki, nüfuzlu beynəlxalq insan haqları təşkilatı İslam Respublikasının öz vətəndaşlarına münasibətini bəşəriyyətə qarşı cinayət kimi bəyan edir.

Ötən ilin martında Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının İran üzrə yaratdığı müstəqil beynəlxalq faktaraşdırıcı komissiya Əli Xameneyinin başçılıq etdiyi İran İslam Respublikasının siyasi, hərbi, təhlükəsizlik və məhkəmə orqanlarını insanlığa qarşı cinayət törətməkdə ittiham edib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranın Suriyadakı konsulluğunun binasına hücum edilib

Aprel 1, 2024
1 dəqiqədə oxunur
İranın Suriyadakı konsulluğunun binasına hücum edilib