Məlumatlara görə, Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyi yaxınlığındakı binaya İsrail tərəfindən atılan hücumda bəzi İnqiıab Keşikçiləri üzvləri və ya komandirləri öldürülüb.
İnqilab Keşikçilərinə bağlı Tasnim xəbər agentliyi İslam Respublikasının Konsulluq Binasına hücum nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb. Daneshjoo xəbər agentliyi də konsulluq binasına və İslam Respublikasının Suriyadakı səfirinin iqamətgahına hücum edildiyini bildirib.
Seda və Sima xəbər agentliyi də yazıb ki, vurulan binanın birinci mərtəbəsi İslam Respublikasının Baş Konsulluğunun iqamətgahı və İranın Suriyadakı səfirinin iqamətgahıdır və üzərində İslam Respublikası bayrağı quraşdırılıb.
Bugünkü hücum Suriyada İsrailə aid edilən ən ciddi hücum sayıla bilər.
Bu xəbərin dərc edildiyi vaxta kimi ölənlərin kimliyi müəyyən edilməyib.
Suriyanın rəsmi xəbər agentliyi Sana bu hücumu təsdiqləyib və ölkənin hava hücumundan müdafiə qüvvələrinin buna cavab verdiyini açıqlayıb.
Sosial şəbəkələrdə hücumun görüntülərində vurulan binanın üzərindən tüstü qalxdığı görünür.
Şərhlər