close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ərdəbilin “Şor Göl” bataqlığına atılan kimyəvi tullantılar oradaki canlıları məhv edib

Aprel 1, 2024
1 dəqiqədə oxunur
Ərdəbilin “Şor Göl” bataqlığına atılan kimyəvi tullantılar oradaki canlıları məhv edib

Ərdəbildə balıqlı çayının qəsdən qurudulmasından və sənaye və kimyəvi tullantıların ətrafa buraxılmasından sonra bu dəfə Ərdəbildən 3 km uzaqda yerləşən təbii göl olan Şor Göl kimyəvi tullantıların mərkəzinə çevrilib.

Uzunluğu bir kilometrə yaxın, eni isə beş yüz metrdən çox olan Şor Göl bu günlərdə sənaye tullantılarının, xəstəxana və tibb ocaqlarının tullantılarının toplandığı məkana çevrilib.

Ərdəbildəki ətraf mühit fəallarının dediyinə görə, bu göldə xəstəxana və tibb mərkəzlərinin hər cür kimyəvi və mikrob tullantıları var ki hər növ canlıların və köçəri quşların həyatını təhlükə altına qoyub.

Şor Göl Təbii Bataqlığında leylək, çöl ördəyi və hər növ balıq yeyən quş kimi onlarla heyvan, su və köçəri quş növü yaşayır və bu canlıların məhvinin əsas səbəbi çirklənmiş tibb mərkəzlərindən tullantıların atılmasıdır.

Ərdəbillilər arasında Şorabil Oğlu adı ilə də tanınan Şor Göl bataqlığı Ərdəbil şəhərindən üç kilometr güney-doğuda yerləşir, onun sahəsi cəmi 1100 kvadratmetrdir.

Şərhlər

Məhbuslar

Ən azı səkkiz Azərbaycanlı fəal Evin həbsxanasında bəlirsiz durumda saxlanılır

Mart 16, 2024
2 dəqiqədə oxunur
Ən azı səkkiz Azərbaycanlı fəal Evin həbsxanasında bəlirsiz durumda saxlanılır