close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Ən azı səkkiz Azərbaycanlı fəal Evin həbsxanasında bəlirsiz durumda saxlanılır

Mart 16, 2024
2 dəqiqədə oxunur
Ən azı səkkiz Azərbaycanlı fəal Evin həbsxanasında bəlirsiz durumda saxlanılır

Azərbaycanlı mədəni fəalların müxtəlif şəhərlərdə kollektiv şəkildə həbsindən və Evin həbsxanasına köçürülməsindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, bu fəallardan ən azı səkkizi hələ də bu həbsxananın 209-cu palatasında həbsdədir.

"İranwire"in əldə etdiyi xəbərlərə görə, 2024-cü il fevral ayının 6, 7 və 8-də təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə və həddindən artıq zorakılıqla ən azı 15 Türk mədəni fəalı həbs edib. “Mürtəza Pərvin”, “Səid Dustan”, “Kərəm Mərdane” və “Aydın Məhəmmədi” Ərdəbildə və Urmiyədə “Salar Tahirəfşar”, “Vədud Əsədi” Rəştdə və “Səid Minayi” Bunabda Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs edilərək Evin həbsxanasında bu müəssisənin təcridxanasına köçürülüb. Bu Türk mədəni fəallarına həbs olunduqdan sonra vəkilləri və ailələrinin baş çəkmələrinə icazə verilməyib. Bu vətəndaşlara qarşı ittiham “Toplaşmaq və milli təhlükəsizliyə qarşı əlbir olmaq” kimi elan edilib.

Bu saydan ən azı 12 fəal Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs olunduqdan sonra bu müəssisənin Evin həbsxanasındakı təcridxanaya (209 palatası) köçürülüb. Son bir neçə gündə bir neçə məhbus qirov ilə sərbəst buraxılıb. Buna baxmayaraq, təxminən 40 gün keçməsinə baxmayaraq, ən azı səkkiz mədəni fəal hələ də Evin həbsxanasında həbsdədir. Səid Camalzadə, Tahir Nəqəvi, Mürtəza Pərvin, Kərəm Mərdane, Abdullah Vahidi, Ayaz Seyfxah, Kamal Nuri və Araz Aman, o cümlədəndilər.

Bu mədəni fəallar saxlandıqları müddətdə vəkil tutmaqdan və ailələri ilə görüşməkdən məhrum ediliblər, saxlandıqları müddətdə zorakılığa məruz qalıblar, təcridxanada effektiv və kifayət qədər tibbi xidmətdən yararlana bilməyiblər. Eyni zamanda, fevralın 7-də Ərdəbildə həbs edilən bu etirazçı sənətçinin Evin həbsxanasının 209-cu palatasında keçirdiyi iki həftəlik aclıq aksiyasına görə o, hazırda mədə ağrılarından və aclıq aksiyasının fəsadlarından əziyyət çəkir və məmurlar ona ruhi işgəncə vermək üçün onun tibbi xidmətlərdən istifadəsinə mane olmağa davam edirlər.

Ayrıca, həbs olunduqdan sonra ikinci aydır ki, hələ də Evin zindanında məhbus olan Ayaz Seyfxaha qarşı təzyiqləri gücləndirmək üçün onun qardaşı Əhəd Seyfxah Təbriz yaxınlığındakı Kalankeş kəndində şiddətli zorakılıqla həbs edilərək naməlum bir yerə aparılıb. Əhəd Seyfxahın həbsindən 10 gün keçməsinə baxmayaraq, Doğu Azərbaycan əyalətinin məhkəmə və güvənlik qurumları bu vətəndaşın son durumu ilə bağlı hələ də cavab verməkdən imtina edirlər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Amerika İrandan elektrik enerjisi idxalına görə İraqın sanksiyalardan azad olma müddətini uzadıb

Mart 15, 2024
1 dəqiqədə oxunur
Amerika İrandan elektrik enerjisi idxalına görə İraqın sanksiyalardan azad olma müddətini uzadıb