close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Nasrin Sotoudehnin iki hücrə yoldaşından Ebrahim Raisiyə məktub: Onun həyatı təhlükədədir

Avqust 21, 2020
IranWire
1 dəqiqədə oxunur
İnsan haqları fəalı və vəkil Nasrin Sotoudeh, 11 avqustdan bəri siyasi məhbusların sərbəst buraxılmalarını tələb edərək aclıq aksiyası keçirir.
İnsan haqları fəalı və vəkil Nasrin Sotoudeh, 11 avqustdan bəri siyasi məhbusların sərbəst buraxılmalarını tələb edərək aclıq aksiyası keçirir.
Özləri də həbsxanada aclıq aksiyası keçirən Nasrin Sotoudehnin, iki hücrə yoldaşı onun sağlamlığı barədə İslam Respublikası Ali Məhkəmə sədrinə bir məktub yazdılar.
Özləri də həbsxanada aclıq aksiyası keçirən Nasrin Sotoudehnin, iki hücrə yoldaşı onun sağlamlığı barədə İslam Respublikası Ali Məhkəmə sədrinə bir məktub yazdılar.

Nasrin Sotoudehnin hücrə yoldaşı olan və özləri də həbsxanada aclıq aksiyası keçirən, Mojgan Kavousi və Rezvaneh Khanbeigi, İslam Respublikası Ali Məhkəmə sədrinə bir məktub yazaraq Sotoudehnin həyatı və sağlamlığı barədə xəbərdarlıq etdilər.

İnsan haqları fəalı və vəkil Nasrin Sotoudeh, 11 avqustdan bəri siyasi məhbuslara qarşı "məhkəmədənkənar davranışa" etiraz olaraq sərbəst buraxılmalarını tələb edərək aclıq aksiyası keçirir.

Xanım Sotoudeh'in həyat yoldaşı Rza Khandan 19 sentyabr şənbə günü Twitter hesabında bu məhbus vəkilin ürək problemləri, nəfəs darlığı, tnsiyonu və ümumi zəiflik səbəbiylə həbsxanadan Taleqani Xəstəxanasına köçürüldüyünü və CCU şöbəsinə yerləşdirildiyini yazdı.

İndi isə Xanım Sotoudehnin iki hücrə yoldaşı İslam Respublikası Ali Məhkəmə sədri Ebrahim Raisiyə açıq bir məktub yazaraq Nəsrin Sotoudehnin tələblərinin yerinə yetirilməsini istəyiblər.

Mojgan Kavousi və Rezvaneh Khanbeiginin məktubunun tam mətni belədir:

 

"Cənab Reisi, Ali Məhkəmənin sədri

Salam

Aclıq aksiyasının 40-cı günündə Xanım Nəsrin Sotoudehnin hücrə yoldaşları olaraq sizə bir şahid kimi onun vəziyyəti barədə məlumat vermək istəyiriz ta ki bir insanın həyatını xilas etmək üçün bir addım atmış olaq.

Bu məhbusun yaşı və aclıq aksiyasının müddəti nəzərə alınmaqla, xanım Sotoudeh fiziki və həyati əlamətlər baxımından hər gün kötüləşir və həyatı təhlükə altındadır və tələbi bu yaxınlarda qəbul edilmiş cəzaların yüngülləşdirilməsi haqqında qanunun tətbiqindən başqa bir şey deyildir. Buna görə Xanım Sotoudehnin qanuni tələbinə müraciət edərək ən qısa müddətdə aclıq aksiyasına son vermək üçün gərəkən işlərin görülməsini xahiş edirik.

Zati-alinizə dəfələrlə birbaşa məktub göndərilib. Ancaq təəssüf ki vəzifəli şəxslər tərəfindən maneə törətdiyinə görə sizin əlinizə çatmayıb və onun üçün açıq məktub yazmalı olduq.

Təşəkkürlər

Mojgan Kavousi-Rezvaneh khanbeigi«

 

 

Şərhlər

Özəl hesabat

İrandaki korona; Qum və Təbrizdəki "partlayıcı" vəziyyətdən Məşhəddə qüvvə və texnika çatışmazlığına qədər

Avqust 20, 2020
Pouyan Khoshhal
5 dəqiqədə oxunur
İrandaki korona; Qum və Təbrizdəki "partlayıcı" vəziyyətdən Məşhəddə qüvvə və texnika çatışmazlığına qədər