close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

İrandakı Korona; Ailə yoluxması dalğası

Sentyabr 14, 2020
Pouyan Khoshhal
4 dəqiqədə oxunur
Hökumət sözçüsü "Əli Rabii", 13 Oktyabr 2020 Çərşənbə axşamı günü ölkədə maskaların istifadəsinin tamamilə azaldıldığını qeyd etdi.
Hökumət sözçüsü "Əli Rabii", 13 Oktyabr 2020 Çərşənbə axşamı günü ölkədə maskaların istifadəsinin tamamilə azaldıldığını qeyd etdi.
Tehran əyalətinin korona qərargahının komandiri "Əlireza Zali", son 8 ayda tibb cəmiyyətinin 200 üzvünün öldüyünü söylədi.
Tehran əyalətinin korona qərargahının komandiri "Əlireza Zali", son 8 ayda tibb cəmiyyətinin 200 üzvünün öldüyünü söylədi.
Bundan əvvəl İran Səhiyyə naziri Səid Nəməki, Milli İnkişaf Fondundan ölkənin səhiyyə sektoruna 1 milyard avro ödəməməsindən şikayətlənmişdi.
Bundan əvvəl İran Səhiyyə naziri Səid Nəməki, Milli İnkişaf Fondundan ölkənin səhiyyə sektoruna 1 milyard avro ödəməməsindən şikayətlənmişdi.

14 Oktyabr 2020

 

Gündəlik ölənlərin sayı gündə 272 nəfərə çatıb. Son günlərdə əyalət və ölkə səlahiyyətliləri dəfələrlə İranda korona virusunun üçüncü dalğasının "ailə dalğası" olduğunu bildirdilər; Beləliklə, bir ailə xəstəxanaya gedir və hamısının xəstəxanaya yerləşdirilməsi lazım olur. Ancaq xəstəxana çarpayılarının tutumu doludur və bu yalnız çarpayıları əhatə etmir. Artıq korona virusu ilə mübarizə sahəsində 8 ay ərzində tibb ictimaiyyətinin yorğunluğu ilə yanaşı, bir çox xəstəxana cihazının da həddindən artıq istifadəsi səbəbindən aşınmaya məruz qaldığı deyildi.

Hökumət sözçüsü "Əli Rabii", 13 Oktyabr 2020 Çərşənbə axşamı günü ölkədə maskaların istifadəsinin tamamilə azaldıldığını qeyd edərək dedi: "Çörəkxanalar və restoranlar ən çox sağlamlıq xəbərdarlığını aldılar və təəssüf ki, səhiyyə protokoluna uyğunluq ölkə daxilində 42 faizə, Tehranda isə 32 faizə çatdı. Milli Qərargahın iclasında son zamanlarda ölümlərin çox olmasının səbəbinin tibb ocaqlarına gec müraciət etmələr və xəstəliyin irəliləməsi olduğu bildirildi və başqa bir araşdırma ailə infeksiyasının gücləndiyini və bunun sağlamlıq qaydalarının ailə içində olmamasını göstərir."

Bundan əvvəl İsfahan, Kohgiluyeh, Boyer-Əhməd, Qəzvin, Hamedan və digər bir neçə əyalətdəki səlahiyyətlilər ailələrində korona virusuna yoluxan xəstələrin sayında artım olduğunu bildirmişdilər.

Tehran əyalətinin korona qərargahının komandiri "Əlireza Zali", son 8 ayda tibb cəmiyyətinin 200 üzvünün ölümünə toxunaraq bunları söylədi: "Tibb işçilərinin təşviqi həqiqi mənada görünməli və bu yaxınlarınızın gözlənilən tələbləri vaxtında və operativ şəkildə ödənilməlidir."

Bundan əvvəl İran Səhiyyə naziri Səid Nəməki, Milli İnkişaf Fondundan ölkənin səhiyyə sektoruna 1 milyard avro ödəməməsindən şikayətlənmişdi. Xatırladaq ki, bu günə qədər bu məbləğin 27 faizi Səhiyyə Nazirliyinə təhvil verilib və Mərkəzi Bank rəsmilərinin açıqlamalarına görə, qalan məbləğin ödənilməməsi ölkədə inflyasiya səviyyəsinin artmasının və Rial dəyərinin azalmasının qarşısını almaq üçündür. Bu büdcə İranda koronavirusla mübarizə aparmaq və təbii ki, tibb işçilərinə maaş, iş və borc təmin etmək üçün istifadə edilməli idi.

Koronavirus ilə mübarizə aparan Milli Komitənin üzvü "Minu Mohrəz" da koronavirusa yoluxduqdan sonra əsas xəstəliyi olmayan insanların ölümünə münasibət bildirdi: "Obez insanların çoxu korona xəstəliyindən ölür. Virus bəzi insanlarda damar zədələnməsinə də səbəb olur və bu, beyin, ağciyər və ürək zədələnməsi kimi ağır orqan ziyanlarına səbəb ola bilər. Bu məsələlər xəstədə qəfil ölümə səbəb olur."

Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin verdiyi son statistikaya görə, İranda digər 254 nəfərin ölümü ilə korona virusundan ölənlərin sayı 29 min 70 nəfərə çatdı. 13 Oktyabr 2020 Çərşənbə axşamı günortadan əvvəl qəti diaqnostik meyarlara görə 24 saat ərzində ölkədə 4.108 yeni xəstə müəyyən edildi, bunlardan 1.949 nəfəri ölkə daxilindəki tibb mərkəzlərinə müraciət etdi. Lari "Kovid-19 olan 4570 xəstənin vəziyyəti ağırdır" dedi.

Səhiyyə Nazirliyinin sözçüsünə görə, Tehran, İsfahan, Qum, Doğu Azərbaycan, Güney Xorasan, Semnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluye və Boyer-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Razavi Xorasan, Mazandaran, Çaharmahal və Bəxtiyari, Batı Azərbaycan, Mərkəzi, Kirman, Quzey Xorasan, Həmədan və Yəzd qırmızı vəziyyətdə, Kürdüstan, Hormozqan, Fars və Gülistan əyalətləri də xəbərdarlıq vəziyyətindədir.

Tehrandakı Kəhrizək Sanatoriyasının korona qərargahının Böhran Komandirinin müavini "Həmide Purfəhim", bu sanatoriyaya korona virusunun üçüncü dalğasının gəldiyini açıqladı: "Birinci dalğada bir sıra şəxslər korona virusuna yoluxdu, lakin üçüncü dalğada, bu günə qədər ortalama yaşı 80 olan dörd şəxs virusa yoluxdu, baxmayaraq ki, ümumi vəziyyətləri yaxşıdır və karantindədirlər."

Xuzistan əyalətinin Dezful şəhərində korona virusu başlandığı gündən bəri Dezful Ümumi Xəstəxanasına müraciət edən hər 100 korona xəstəsindən dördü öldü.

Dezful Sağlamlıq Mərkəzinin direktoru "Riza Purayin" dedi: “Dezfulda hər 100 nəfərə 2 nəfərin korona xəstəliyi var. korona xəstələrin yüzdə 20 faizi xəstəxanaya yerləşdirilir və yüzdə 80 faizi ambulator müalicə altındadır."

Onun sözlərinə görə, Dezfulda indiyə qədər 361 nəfər korona virusundan ölüb.

Ayrıca, Zəncan valisinin siyasi və təhlükəsizlik müavini "Xodabəxş Moradinafçi", bu əyalətin xəstəxanalarındakı korona xəstələr üçün 2000 yatağın70 faizinin tamamlandığını elan etdi.

Gilan Tibb Elmləri Universitetinin rektoru "Ərsəlan Salari", 13 Oktyabr 2020 Çərşənbə axşamı, Gilan'da korona virusu olan yaşlı və 10 yaşa qədər uşaq sayında artım olduğunu açıqladı: "Təəssüf ki, Gilanda korona virusu səbəbindən ölənlərin sayı artdı və xəstəxanadan çıxanların sayı azaldı. Son 24 saat ərzində daha 66 nəfər bu xəstəliyə yoluxub."

Gilandakı insanların 60 faizi maskalardan istifadə edir. "Testlər keçmişdə korona virusuna yoluxmuş insanların 70 faizinin yenidən xəstəlik riski altında olduğunu göstərdi" dedi.

Son 24 saat ərzində vəziyyətinin pisləşməsi səbəbindən 129 nəfər Alborz xəstəxanalarına yerləşdirilib. Alborz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Fəthi, əyalətdə korona ölümlərinin sayını çərşənbə axşamı gününə qədər 24 saat içərisində 15 olaraq bildirdi. Buna görə Alborzdakı korona itkilərinin ümumi sayı 1.337 nəfərə çatdı. Hazırda əyalətdə koronavirus əlamətləri olan 739 nəfər xəstəxanaya yerləşdirilib.

Ərak Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin rektoru "Məhəmməd Cəmaliyan" da ölənlərin sayında əyalətdə rekord qırdığını açıqladı: "Mərkəzi əyalətində korona virusundan ölənlərin sayı son 24 saat ərzində rekord həddə 18 nəfərə yüksəldi. Bundan əvvəl ən yüksək rəqəm 16 ölümlə keçən bazar günü ilə əlaqəli idi."

O 426 yeni hadisədən 44 nəfərin əyalət xəstəxanalarına yerləşdirildiyini söylədi. "382 yeni xəstə də son müayinə və müalicə nəticələri mənfi çıxana qədər evdə karantinaya alınan ambulator xəstələrdir."

 

 

 

 

 

Şərhlər

Özəl hesabat

Tehrandakı and içmə;  Qətl ilə ittiham olunan bir nəfərin eadmı üçün 50 şahidin and içməsi

Sentyabr 14, 2020
IranWire
2 dəqiqədə oxunur
Tehrandakı and içmə;  Qətl ilə ittiham olunan bir nəfərin eadmı üçün 50 şahidin and içməsi