close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Təbrizdə həbslər və məhbusların vəziyyətindən xəbərsizlik davam edir

Sentyabr 19, 2020
IranWire
5 dəqiqədə oxunur
Təbrizdə həbslər və məhbusların vəziyyətindən xəbərsizlik davam edir

19 Oktyabr 2020

 

Rusiyanın İranın hava məkanını və quru ərazisini Ermənistana silah ötürmək üçün istifadə etməsinə etiraz olaraq və Dağlıq Qarabağın azadlığı üçün Azərbaycan Respublikasına dəstək verilmə aksiyalarında Tehranda və İranın bəzi Türk şəhərlərində toplaşmalardan iyirmi gün keçdi. Bu müddət ərzində onlarla Türk vətəndaşı və mədəni fəal nəzarətə alındı.

Türk mədəni fəalların çağırış və həbslərinin artması, həbs zamanı döyülmə, həbsxanalarda işgəncə, həbsxanalarda lazımi tibbi yardımın göstərilməməsi, məhbusların ziyarətinə və ailələrlə telefon əlaqəsi qurulmasına qadağa qoyulması, tutulanların vəziyyəti haqqında məlumatın olmaması, tutulanların hesabatının olmaması və son 20 gündə mədəni fəallarının ailələrinə qarşı təzyiq və təhdidlərin artması məhbus ailələri və hüquq müdafiəçiləri arasında etiraz və narahatlıq dalğasına səbəb oldu.

Bu dövrdə Beynəlxalq Amnistiya Təşkilatı, Azərbaycan İnsan Hüquqları Dərnəyi (ARK), Azərbaycan İnsan Hüquqları Təşkilatı (AHRAZ) və bir çox siyasi və insan haqları fəalları ayrı-ayrı açıqlamalar verərək nümayişçilərin və mədəni fəallarının həbsləri zamanı tutulması və zorakılığa məruz qalmasını qınadılar və sərbəst buraxılmalarını tələb etdilər.

Son günlərdə sosial mediada rejimin həbs girişimlərinə və nümayişçilərə qarşı təzyiqlərə etiraz olaraq bir kampaniya başladıldı. Bu kampaniyada İranın Türk vətəndaşları əllərində “Biz Azərbaycanın tərəfdarı deyilik, biz azərbaycanlıyıq” yazılı plakatlar tutdular və fotolarını sosial mediada yerləşdirərək həbs olunanların sərbəst buraxılmasını tələb etdilər.

Ərdəbilin Ciral Parkında tutulanların şiddət görməsi və döyülməsi ilə müşayiət olunan ən azı 12 nümayişçinin həbsindən iyirmi gün keçməsinə baxmayaraq; Yalnız iki məhbus - Pərviz Siyabi və Həmed Heydəri Baris məhkəməyə qədər girov müqabilində sərbəst buraxılıb və qalan məhbuslar barədə məlumat verilmir.

Ərdəbilin Ciral Parkındakı məhbusların yaxınlarının dediklərinə görə, həbs olunduqları andan bu hesabat yazılana qədər bu mədəni fəalların ailələrinə görüş və ya telefonla əlaqə qurulması qadağan edildi. 11 oktyabrda Ərdəbil məhkəmə səlahiyyətliləri, vəziyyətlərini izləyən məhkumların ailələrinə müraciət edərək, "İş bizim əlimizdə deyil. Məhbusların işi kəşfiyyat xidmətinin əlindədir; Gedin burdan."

Sərbəst buraxıldıqdan sonra Pərviz Siabi, kiber məkanda yaydığı şəkillər, həbsdə və sonrasında zabitlərin döyməsi və işgəncəsinin təsirlərini açıq şəkildə göstərir.

İlk küçə mitinqi 29 Sentyabr çərşənbə axşamı Ərdəbilin Ciral Parkında baş tutdu. Baş verən ilk küçə mitinqindən sonra mədəni fəalların tutulması bu günə qədər davam etmişdir.

Iranwireə verilən məlumatlara görə dünən, 18 oktyabr, təhlükəsizlik qüvvələri, Türk mədəni fəallarını tutmaq üçün Təbriz, Urmiyə və Ərdəbil şəhərlərindəki evlərinə basqın etdi.

İndiyə qədər Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum bir yerə köçürülən Rəsul Rəzavi, Əkbər Mohaceri və Hüseyn Məhəmmədiyanın adları iranwire tərəfindən təsdiqlənib. Ayrıca, cənab Məhəmməd Məhmudinin və Şahin Bərzgərin evlərinə getmələrinə baxmayaraq, agentlər bu mədəni fəalları həbs edə bilmədi.

"Bəxtiyar Behnəmun", 16 Oktyabr Cümə günü təhlükəsizlik qüvvələri tərəfindən tutuldu və naməlum bir yerə köçürüldü. Bəxtiyar Behnəmun mədəni fəallar Savaş və Səhənd Behnamounun atasıdır. Sahand Behnamoon, 31 Sentyabr Cümə axşamı günü Urmiyədəki etiraz mitinqində tutulanlardan biri idi.

Ərdəbilin Ciral Parkındakı etiraz mitinqindən iki gün sonra, Tehran, Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Meşkinşəhr, Marağa, Mərənd, Miyandab və Parsabad da daxil olmaqla İranın ən az on şəhərində Türk mədəni fəalların çağırışı ilə 31 Sentyabr Cümə axşamı oxşar mitinqlər keçirildi.

Cümə axşamı günü onlarla nümayişçinin həbs olunmasına əlavə olaraq, təhlükəsizlik qüvvələrinin mədəni fəallarının evlərinə basqın etdiyi üçün sonrakı günlərdə bir çox mədəni fəal nəzarətə alındı.

Ərdəbildə və bu şəhərdəki həbslərin ardından "Mərziyə Cəvanşir" və adı təsdiqlənməyən bacısı; 31 Sentyabr Cümə axşamı günü tutuldu və 3 Oktyabr Cümə günü Ərdəbil Həbsxanasına köçürüldü.

Ərdəbildəki digər məhbuslar Əli Xeyrcu, Mohsen Esmaili Moqəddəm, Meysəm Colani, Daryuş Niyazi Şiran, Ahməd Məhammədpur, Yaşar Moradi, Ali Məali və Yunes Moradi, Cənab Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə də həyat yoldaşının və digər məhbusların həbs olunmasına etiraz etmək üçün Ərdəbil İnqilab Məhkəməsinə müraciət etdikdən sonra hakim Babək Nonhalın qərarı ilə 24 saat həbsdə saxlanıldı.

Türk mədəni aktivistlərin həbsindən sonra "Ali Qəhremani", 4 oktyabr 2020 Bazar günü Ərdəbil əyalətinin Ələmdar kəndində təhlükəsizlik qüvvələri tərəfindən tutuldu.

İndiyə qədər Ərdəbildə saxlanılanlar arasında cənab Pərviz Siyabi, Hamed Heydəri Baris, Əhməd Məhəmmədpur, Əli Məali, Əhməd Məhəmmədpur və Daryuş Niazi Şiran məhkəmənin sonuna qədər girov müqabilində sərbəst buraxıldı.

Təbrizdə Səadullah Sassani və Milad Əkbəri 31 Sentyabr təhlükəsizlik agentləri tərəfindən həbs olundu. Əhəd Baqeri, Təbrizdə yaşayan üç qardaş Murtaza Nəqizadə, Muctaba Nəqizadə və Məhəmməd Nəqizadə 1 Oktyabr Cümə axşamı günü Təbrizdə naməlum yerə köçürülənlər arasında idi.

4 Oktyabr 2020 Bazar günü, təhlükəsizlik agentləri Səid Soltanini iş yerində tutdu. Elə həmin gün başqa bir Azərbaycanlı fəal Zeynal Tənhayi Təbrizdə tutuldu və naməlum yerə aparıldı. Hüseyin Məhəmmədi də 4 oktyabr bazar günü Təbrizdə tutuldu.

İki gün sonra, 6 oktyabr çərşənbə axşamı, başqa bir Türk fəalı Kərim Həqiqi, Təbriz kəşfiyyat agentləri tərəfindən tutuldu.

Təbrizdə şəxsiyyəti təsdiqlənən məhbuslar arasında; Sədullah Sassani, 12 oktyabrda məhkəmənin sonuna qədər 100 milyon Tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxıldı.

Meşkinşəhrdə təhlükəsizlik və kəşfiyyat qüvvələri Vəhid Xavəndi, Əhməd Yağubi, Qüdrət Manafzadə, Siyamək Seyfi, Kazem Səfabəxş, Mehdi Ebadollahi və Şəhruz Himmətoğlunu həbs ediblər. Həbs olunanlar arasında girov müqabilində sərbəst buraxılanlar Mehdi Ebadollahi, Qudrət Mənafzadegan, Şəhruz Himmətoğlunu, Əhməd Yağubi və Kazem Səfabaxşdir. Ancaq Vəhid Xavəndi və Siyamək Seyfi hələ də həbsdədir.

Ayrıca, 31 Sentyabr 2020 Cümə axşamı günü Meşkinşəhr təhlükəsizlik qüvvələri gecə "Əhməd Yağubi"nin evinə basqın etdilər və bu Azərbaycanlı mədəni fəalı məhkəmə qərarı olmadan və zor tətbiq edərək həbs etdilər və naməlum bir yerə köçürdülər.

Ərdəbil əyalətinin Meşkinşəhrdə yaşayan başqa bir vətəndaşı Aydın Zakeri, 3 Oktyabr cümə günü bu şəhərin təhlükəsizlik qüvvələri tərəfindən tutuldu.

Şair, yazıçı, jurnalist və etnik fəal Vuqar Nemət, 31 Sentyabr cümə axşamı, bir neçə saatlıq sorğu-sualdan sonra Doğu Azərbaycan əyalətinin Kəleybər bölgəsindəki kəşfiyyat xidmətləri tərəfindən sərbəst buraxıldı. Mahmud Mahmudi də bazar günü Kəleybərdə tutuldu və hələ də nəzarətdədir.

Səid Soltani və Babək Kiyumərsi də 4 oktyabr Bazar günü Culfa şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutularaq bilinməyən bir yerə köçürüldü. Təhlükəsizlik agentləri Səid Soltaninin ofisinə basqın edərək onu həbs etdilər, sonra mədəni fəalın evinə getdilər, sərəncam vermədən evdə axtarış apardılar və cənab Soltaninin şəxsi əşyalarını da götürdülər.

Bənzər bir hərəkətlə, Culfadaki İran təhlükəsizlik qüvvələri, şəhərdəki digər bir Azərbaycanlı mədəni fəal Babək Kiyumrəsiyi tutaraq naməlum bir yerə köçürdülər.

Son 20 gündə 100 nəfərdən çox Türk vətəndaş müxtəlif şəhərlərdə nəzarətə alındı və həbsləri davam edir. Bu məhbuslardan bəziləri son günlər girov müqabilində sərbəst buraxılıb. Lakin bir çox məhbusun şəxsiyyəti və olduğu yer hələ müəyyənləşdirilməyib.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

Şərhlər

Özəl hesabat

İranwireə məxsus; Dərman qaçaqmalçılığından sonra İraq təhlükəsizlik sərhədlərinə nəzarətini artırdı

Sentyabr 18, 2020
IranWire
1 dəqiqədə oxunur
İranwireə məxsus; Dərman qaçaqmalçılığından sonra İraq təhlükəsizlik sərhədlərinə nəzarətini artırdı