close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Bostanabadda dörd yaşlı bir uşaq vəhşicə öldürüldü

Sentyabr 13, 2020
1 dəqiqədə oxunur
Bostanabadda dörd yaşlı bir uşaq vəhşicə öldürüldü

13 Noyabr 2020

İran medyası Doğu Azərbaycan əyalətinin Bostanabad şəhərində dörd yaşlı bir uşağın parçalara kəsilmiş cəsədinin tapıldığını bildirdi.

Uşağın cəsədinin Doğu Azərbaycanın Arcan kəndində çayın kənarında çuvala bükülmüş vəziyyətdə tapıldığı bildirilir.

"Əmir Əli Paşayan" adlı bu uşaq oynamaq üçün 11 Noyabr 2020 Çərşənbə günü səhər evdən çıxdı və bir daha geri dönmədi.

Bir qrup Bostanabad sakininin apardığı axtarışdan sonra Əmir Əlinin cəsədi nəhayət 12 Noyabr cümə axşamı gecəsi bir çoban tərəfindən çuvalda tapıldı.

Bostanabad şəhərində bu kiçik uşağın öldürülməsi geniş əks olundu və yerli sakinlərin narahatlığına səbəb oldu.

Bostan Abad Umumi və İnqilab Prokurorluğunun müstəntiqi bu cinayətlə əlaqədar üç şübhəlinin həbs olunduğunu elan etdi və istintaqın davam etdiyini bildirdi.

Əmir Əli Paşayanın qətli son günlərdə Doğu Azərbaycan Əyalətində baş verən ikinci cinayətdir.

6 Noyabr 2020 Cümə günü Təbrizdə yeddi bıçaq zərbəsi ilə öldürülən 13 yaşındakı bir uşağın cəsədi tapıldı.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

İranın Muğan bölgəsinin Parsabad şəhəri ərazisinə bir dron düşüb

Sentyabr 13, 2020
IranWire
1 dəqiqədə oxunur
İranın Muğan bölgəsinin Parsabad şəhəri ərazisinə bir dron düşüb