close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Sərhədsiz Reportyorlar, Musəvi və Rəhnəvərdin sərbəst buraxılmasını istədi

Noyabr 1, 2020
1 dəqiqədə oxunur
Sərhədsiz Reportyorlar, Musəvi və Rəhnəvərdin sərbəst buraxılmasını istədi

 

18 Noyabr 2020

Sərhədsiz Reportyorlar (RSF) bu gün, 18 Noyabr 2020-ci il tarixində, ev dustaqlığında Kovid-19 xəstəliyinə yoluxan Mir Hüseyin Musəvi və Zəhra Rəhnəvərdin sərbəst buraxılmasını tələb etdi.

Bu təşkilat, bu məhbusların əlaqə qurduqları şəxslərin yalnız Kəşfiyyat Nazirliyinin agentləri və ya həbsxana gözətçiləri olduğunu vurğuladı. Əslində, onlar vasitəsiylə Koronaya yoluxublar.

Sərhədsiz Reportyorlar İslam Respublikasının keçmiş baş naziri və 2009-cu il prezident seçkilərinin namizədi və 70 yaşlarında olan Musəvi və həyat yoldaşı, yazıçı Zəhra Rəhnəvərdin səhhətlərindən narahat olduqlarını dilə gətirdilər. Məhkəməsiz həbs ilə birlikdə ürək çatışmazlığı da daxil olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

Kələme saytının verdiyi məlumata görə, ev dustaqlığının onuncu ilində olan bu cütlüyə Kovid-19 xəstəliyi diaqnozu qoyulub.

Sərhədsiz Reportyorlar, İslam Respublikası rəsmilərinin bəzi BMT qurumlarına verdiyi açıqlamaların əksinə olaraq Mir Hüseyin Musəvi və Zəhra Rəhnəvərdin sağlamlıq protokollarına uymamaları və ya qızları vasitəsiylə Kovid-19 xəstəliyinə yoluxmadıqlarını bildirir: "Korona əlamətləri olan qızlarından birinin valideynləri ilə təması yox idi, digər övladlarının da testi mənfi idi. Daimi təmasda olduqları yeganə şəxs həbsxananın mühafizəçiləri, evlərinin bir hissəsində dayanan Kəşfiyyat Nazirliyinin agentləridir."

Mirhüseyn Musəvi, Zəhra Rahnavard və İslami Məşvərət Məclisinin keçmiş spikeri və qadağan olunmuş Etemade Melli qəzetinin sahibi Mehdi Kərrubi 2010-cu ilin qışından bəri ev dustaqlığı ndadır.

 

Media və jurnalistika ilə bağlı daha çox xəbər və reportaj görmək üçün Jurnalistika Cinayət deyil saytına daxil olun.

 

 

Şərhlər

Özəl hesabat

Urmiyə Həbsxanası; Hadi Rüstəmi barmağının kəsilməsini gözləyir

Noyabr 1, 2020
1 dəqiqədə oxunur
Urmiyə Həbsxanası; Hadi Rüstəmi barmağının kəsilməsini gözləyir