close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Tehranda gənc bir qıza təcavüz edildi

Noyabr 4, 2020
2 dəqiqədə oxunur
Tehranda gənc bir qıza təcavüz edildi

25 Noyabr 2020

 

Tehranda 25 yaşlı bir qız əczaçı olduğunu iddia edən şəxs tərəfindən arıqladıcı dərman satmaq bəhanəsi ilə bağa götürüldükdən sonra döyülərək təcavüz edildi.

Həmşəhri qəzetinin Ailə bölümünün raporuna görə, gənc qadının təcavüzkardan şikayət etməsi və iddia qaldırması ilə onun axtarışı davam edir.

25 yaşlı qızın atası bir neçə gün əvvəl Tehran polis idarəsinə məlumat verərək rəssamlıq tələbəsi olan 25 yaşlı qızının dərman almaq üçün evdən çıxdığını və geri qayıtdığını bildirdi.

Onları narahat edən şeyin qızlarının mobil telefonununa ulaşmamaq və ailə axtarışlarının nəticəsiz qalması olduğunu söylədi. Bu səbəbdən itkin düşməsi ilə əlaqədar polisə məlumat verməyə qərar verdilər.

Bu xəbərə görə, bir iş qaldırıldıqdan və Tehran Cinayət Məhkəməsinin müstəntiqi əmr verdikdən sonra bu qızın izini tapmaq üçün istintaq başladıldı.

Bir neçə gündən sonra bir ailə gənc qızı şəhərin kənarında huşsuz vəziyyətdə tapdı və xəstəxanaya apardı.

Özünə gəldikdən sonra qız məmurlara dedi: "Bir qidalanma mütəxəssisinə müraciət etdim və 15 kilo artıq çəkidə olduğumu öyrəndim. Dietoloq mənə dərman yazdı və pəhriz verdi, amma kifayət qədər arıqlamadım. Ancaq ideal çəkimə çatmaq üçün uzun müddət gözləməli olacaqdım ta ki İrəc adlı dərman satan bir oğlanı ilə qarşılaşdım."

Dediyinə görə, dərman satıcısı ona verdiyi dərmanla qısa müddətdə ideal kilosuna çatacağını vəd etmişdi.

Qız bir dərman qəbul etmişdi və müsbət dəyişikliklər gördükdə başqa bir dərman qəbul etməyə qərar verdi: Qəza günü İrəcə zəng etdim və mənə Tehran ətrafındakı bir bağın ünvanını verdi və dərmanı çatdırmaq üçün ora getməyimi bildirdi. Mən də hər şeydən xəbərsiz ora getdim. Bağçaya girdikdən sonra mənə hücum etdi və çubuqla döydü. Bundan sonra huşumu itirdiyim bir iynə vurdu. Gözlərimi açandan sonra bir otaqda həbs edilmişdim. Əllərim və ayaqlarım kəndirlə bağlandı və İrəc təhdid edərək mənə təcavüz etdi və pullarımı və qızıllarımı da oğurladı."

Gənc qız bir neçə gün həmin otaqda həbsdə olduğunu və dəfələrlə cinsi istismara məruz qaldığını söylədi: "Bir gün bağdan çıxandan sonra əllərimin və ayaqlarımın iplərini çətinliklə açıb qaçdım. Ancaq anesteziya vurulduğundan huşsuz idim və yolun kənarına çatanda huşumu itirdim."

Təcavüzkar gənc qızın dediyi bağdan qaçdı və axtarışlar onu tapmaq və tutmaq üçün davam edir.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

 

Şərhlər

Özəl hesabat

"Nasrin"; Nəsrin Sutudenin həyatından və mübarizələrindən danışan bir film

Noyabr 2, 2020
"Nasrin"; Nəsrin Sutudenin həyatından və mübarizələrindən danışan bir film