close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Iranwire müxbiri Suriyada Livanın Hizbullah qüvvələrinin hədəf alındığını bildirdi

Dekabr 28, 2020
2 dəqiqədə oxunur
Iranwire müxbiri Suriyada Livanın Hizbullah qüvvələrinin hədəf alındığını bildirdi

1 Yanvar 2021

Çərşənbə günü səhər, Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı bölgələr yenidən İsrailə aid edilən hava hücumlarına məruz qaldı. Suriyadakı İran militanlarına yaxın bir mənbənin IranWire-ə verdiyi məlumata görə, hücumlardan biri Livan Hizbullahının Suriyadakı mövqelərini hədəf aldığını, digərində isə bir neçə İranlı mütəxəssisində yer aldığı raket yığma zavodunun bombalanması idi.

***

30 Dekabr 2020-ci il çərşənbə günü saat 1: 30-da, Suriyanın güney-batısındakı Livan sərhədinə yaxın ƏlZəbdani bölgələri hava hücumlarına məruz qaldı.

Suriyadakı İran silahlılarına yaxın bir mənbə IranWire-ə hücumun İsrail qırıcıları tərəfindən həyata keçirildiyini və Suriyadakı Livan Hizbullahı mövqelərini hədəf aldığını söylədi.

Mənbəyə görə, İsrail qırıcıları Livanın Əlcəlil bölgəsindən Suriya ərazisinə girərək Livanın Hizbullah qüvvələrinin qərargahı olan Zabdaninin kənarındakı hava müdafiə bazasını hədəf aldılar.

Baza "Abel Tapınağı" adlanan bir yerin yaxınlığında və Suriya hərbi kəşfiyyatına aid "Mislon" məktəbinin yaxınlığında yerləşir.

Mənbə Iranwire-ə dedi: "Bu, Hizbullahın Suriyadan gətirilən hər cür raket batareyasının və təchiz edilmiş və inkişaf etmiş hava hücumundan müdafiə sistemlərinin saxlandığı silah sursat anbarıdır. Hava hücumunda beş Livan Hizbullah qüvvəsi öldürüldü, yeddi nəfər yaralandı və ərazinin böyük hissəsi məhv edildi."

Suriya isə bu hava hücumlarını İsrailə bağladı.

Suriya dövlət xəbər agentliyi Sanaya görə, İsrail təyyarələri gecə saat 1: 30-da Əlcəlilin quzeyində Suriyanın hava sahəsinə girərək Şamın kənarındakı Abel ziyarətgahı ərazisindəki hava müdafiə sisteminə hücum etdi. Sana xəbər agentliyi bir Suriyalı əsgərin öldüyünü, üç nəfərin yaralandığını və "böyük maddi ziyan" ortaya çıxdığını bildirdi.

İsrail bu xəbərə münasibət bildirməyib və hər zamankı kimi İsrail ordusunun sözçüsü AFP-yə dedi: “Xarici mediada yayılan xəbərlərə münasibət bildirmirik.“

Hizbullahın silah sursat anbarını bombalamaq

Suriyadakı İran militanlarına yaxın bir mənbə da Iranwire-ə İsrail təyyarələrinin Zabdani yaxınlığındakı digər bölgələrə hücum etdiyini söylədi.

Bu mənbəyə görə, çərşənbə günü səhər edilən hücumlar zamanı Zabdanidən 50 km məsafədə yerləşən "Cədidət Ərtuz" bölgəsi də hava hücumuna məruz qaldı.

Eyni məlumata görə, bu yer Suriya Prezident Qvardiyasının 100-cü və 104-cü alaylarının qərargahıdır və İnqilab Keşikçiləri və Livanın Hizbullahının silah sursat anbarı da orada yerləşir. Bombardman bölgədə geniş dağıntılara səbəb oldu və Şamın əksər yerlərində partlayışlar eşidildi.

Bir həftə əvvəl İsrail döyüş təyyarələrinin Həmah əyalətinin Museyyaf bölgəsindəki Suriyanın müdafiə sənayesi fabrikinə hücum etdiyi bildirildi. Hücum zamanı iranlı mütəxəssislərinin də orada olduğu bildirilir. Keçmişdə Bəşər Əsəd hökumətinin əraziyə kimyəvi silah köçürdüyünə dair xəbərlər də yayılmışdı.

Suriyanın rəsmi xəbər agentliyi keçən həftə Museyyafa edilən hücumu təsdiqlədi və bunu İsrailə bağladı.

Bu vaxt bir peyk görüntüləmə institutu, İsrailə bağlı hava hücumunun bir neçə peyk şəklini yayımladı və hücum zamanı döyüş raketi tökmə zavodu və yığılması üçün istifadə edilə biləcəyi dörd binanın dağıldığını söylədi.

Hava hücumu Livanın Hizbullah baş katibi Həsən Nəsrullahın Əlməyadində danışmasından iki gün sonra baş verib. O bu televiziya çıxışında dedi: "Yer-hava raketlərimizin sayı keçən ilə nisbətən iki dəfə artdı və Hizbullah qüvvələri istəsələr İsrail daxilində istənilən yeri hədəfə ala bilərlər."

Son illərdə İsrail Suriya ərazisindəki mövqelərə hava hücumlarını artırdı, Suriya hərbçilərinin mövqelərini, habelə İran və Livanın Hizbullah qüvvələrini hədəf aldı.

İsrail bu hücumların məsuliyyətini nadir hallarda öz üzərinə götürsə də, Suriyada hərbi varlıq yaratmaq istəyən İranın hərəkətlərinə qarşı çıxmağa davam edəcəyini hər zaman vurğulayıb.

Təxminən iki həftə əvvəl Iranwire, Suriyanın güneyindəki İran militanlarının bazalarının tam xəritəsini hazırlayaraq yayımladı.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

İrandakı Korona; Peyvəndi siyasiləşdirməyin

Dekabr 28, 2020
Pouyan Khoshhal
6 dəqiqədə oxunur
İrandakı Korona; Peyvəndi siyasiləşdirməyin