close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Beş Təbrizli vətəndaş cəmi beş il həbs və 300 şallaq cəzasına məhkum edildilər

Dekabr 30, 2020
2 dəqiqədə oxunur
Beş Təbrizli vətəndaş cəmi beş il həbs və 300 şallaq cəzasına məhkum edildilər

13 Yanvar 2021

11 Yanvar Çarşənbə axşamı, Təbrizdə bir məhkəmə beş Təbrizli vətəndaşi cəmi beş il həbs və 300 şallaq cəzasına məhkum etdi.

Məhəmməd Əli Pirinin rəhbərlik etdiyi Təbriz İkinci cəza Məhkəməsinin 112 saylı şöbəsi, "Həkimə Əhmədi, Yasəmin Zəfəri, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Purəli"ni, "ictimai asayişi pozmaq", "qanunsuz toplanışlarda iştirak edərək ictimai asayişi pozmaq" və " zabitlərə qarşı üsyan etmək" ittihamı ilə hər biri bir il həbs və 60 şallaq cəzasına məhkum edildi.

Bu cəzalar dörd ilədək təxirə salınmış.

Beş mədəni fəal, ən azı səkkiz vətəndaşla birlikdə 16İiyulda Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğunun qarşısında, "Dağlıq Qarabağın azad edilməsinə dəstək" Mitinqində həbs edildilər.

Bu vətəndaşları həbs etdikdən sonra, zabitlər ən az dörd məhbusun evlərinə gedərək, evlərində axtarış apardılar və onların bəzi kitablarını və şəxsi əşyalarını müsadirə etdilər.

Bu mədəni fəallar, ən çox üç həftə həbsdən sonra bu ilin Avqust ayında hər biri 100 milyon Tümən girov müqabilində Məhkəmə sonuna qədər sərbəst buraxıldılar.

Bu ilin noyabr ayında bu Azərbaycanlı mədəni fəallar son müdafiəsini təqdim etmək üçün Təbriz Ümumi və İnqilab Məhkəməsinin 16 saylı şöbəsinə gəldikdən sonra girov miqdarının artımı ilə qarşılaşdılar. Müstəntiq girov məbləğini 100 milyon Tüməndən 200 milyon Tümənə artdırdı.

Mövcud İran qanunlarına və habelə Konstitusiyanın 27-ci maddəsinə görə, "İslam dininin əsaslarını pozmamaq şərti ilə silah daşımadan toplantı və yürüşlərin təşkili sərbəstdir", Ancaq, hökumətin münasibətinə uyğun olmayan əksər toplantılar icazə ala bilmir və eyni zamanda toplaşmaq niyyətində olanlar da təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının iş qaldırması ilə qarşı qarşıya qaldılar.

İkinci Qarabağ müharibəsi başladıqdan sonra və İrandakı mədəni fəalları və Azərbaycan partiyalarının çağırışlarının nəşr olunmasından sonra, Ən azı üç dəfə Tehran, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil və ölkənin digər bəzi türk şəhərləri də daxil olmaqla İranın Dağlıq Qarabağ müharibəsinə dair siyasətinə etiraz olaraq müxtəlif şəhərlərdə etiraz mitinqı keçirildi. Bu mitinqlərdə yüzlərlə Azərbaycanlı siyasi, mədəni və tələbə fəal nəzarətə alındı.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

Şərhlər

Özəl hesabat

Qarabağ muharibəsində Azərbaycanı dəstəkləyən İki Ərdabili mədəni fəal şallaq və həbs cəzasına məhkum edildi

Dekabr 30, 2020
2 dəqiqədə oxunur
Qarabağ muharibəsində Azərbaycanı dəstəkləyən İki Ərdabili mədəni fəal şallaq və həbs cəzasına məhkum edildi