close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Xameneiyə bəraət qazandırmaq üçün Zərif gecə vaxtı Clubhouse-da çıxış etdi

Mart 19, 2021
6 dəqiqədə oxunur
Zərif anlaşmanın bütün məsuliyyətini şəxsən öz üzərinə götürməyə və İslam Respublikasının liderini İran ictimai rəyinin misilsiz təzyiqlərindən qurtarmaya çalışdı.
Zərif anlaşmanın bütün məsuliyyətini şəxsən öz üzərinə götürməyə və İslam Respublikasının liderini İran ictimai rəyinin misilsiz təzyiqlərindən qurtarmaya çalışdı.
İran İslam Respublikası və Çin Xarici İşlər Nazirləri tərəfindən Novruz 1400-də Tehranda imzalanan 25 illik əməkdaşlıq sənədinin mətni məxfidir.
İran İslam Respublikası və Çin Xarici İşlər Nazirləri tərəfindən Novruz 1400-də Tehranda imzalanan 25 illik əməkdaşlıq sənədinin mətni məxfidir.

2 Aprel 2021

25 illik İran-Çin anlaşmasının şərtləri ilə bağlı qayğılar davam edir və İslam Respublikasındakı rəsmilər bu barədə təfərrüatları verməkdən çəkinirlər. Ən son halda, İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bir sosial şəbəkədə qeyri-müəyyənliyi aradan qaldırmayan bir açıqlama verdi. Clubhouse-da olduğu müddətdə İslam Respublikasının Ali Rəhbərindən tənqidləri öz üstünə almağa və anlaşmanın bütün məsuliyyətini öz üzərinə götürməyə çalışdı. Zərif, danışmalarında ona qarşı təhlükəsizlik işlərinin açılması da daxil olmaqla digər məsələlərə də toxundu.

***

Novruz 1400-cü ilin 11-ci günü, İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, "Clubhouse" sosial şəbəkəsində gecə çıxışı ilə İran və Çin arasında 25 illik anlaşmaya qarşı tənqidlərə cavab verdi və onu müdafiə etdi və eyni zamanda İnqilab Keşikçiləri Ayətullah "Əli Xamenei"nin yanında özünə qarşı saxta iş qaldırdıqlarını və təhlükəsizlik məzmununu olan "Gando 2" seriyasının  tənqid etdi.

Zərifin Clubhouse-da olduğu müddətdə Rabitə Naziri Məhəmməd Cavad Azəri Cəhromi, Xarici İşlər Nazirliyinin Mətbuat katibi Səid Xətibzadə, Xarici İşlər Nazirliyinin Doğu Asiya Baş direktoru və Omanda ABŞ ilə gizli nüvə danışıqları qrupunun üzvü Rza Zabib, Əkbər Haşimi Rəfsəncaninin Kiçik oğlu Yasir Haşimi Bir sıra keçmiş və hazırkı parlament üzvləri, habelə İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibafın müşavirləri iştirak edirdilər.

Xameneinin bəraəti; Bütün məsuliyyəti Zərif öz üzərinə götürdü

Zərifin Clubhouse-da iki saata yaxın olmasında ən vacib məsələ, dörd gün əvvəl Tehranda İslam Respublikası və Çin xarici işlər nazirləri tərəfindən imzalanan 25 illik İran-Çin anlaşmasının məzmunu idi.

25 illik anlaşmanı müdafiə edən Zərif, bu anlaşmanın özünün rejimə təklifi olduğunu və xarici işlər nazirliyinə onu imzalaması üçün bir təzyiq olmadığını və Həsən Ruhani hökumətindən başqa heç bir qurumun bu anlaşmada iştirak etmədiyini söylədi.

Bundan əvvəl Ayətullah Xameneinin qondarmaları onun Çinlə razılığa gəlməsi üçün xüsusi bir motivi olduğunu və Xamenei 2015-ci ilin Fevralında Tehranda Çin Prezidenti Xi Jinping ilə görüşündə bu anlaşmanı vurğuladı. Zərif bunun üçün bütün məsuliyyəti şəxsən öz üzərinə götürməyə çalışdı və İslam Respublikasının liderini İranın ictimai rəyində görünməmiş təzyiqindən qurtarmaya çalışdı.

Zərif Clubhouse-da iştirak etməkdən bir neçə saat əvvəl Ayətullah Xamenei tərəfindən təyin olunmuş Xarici Əlaqələr Strateji Şurasının sədri və xarici siyasət üzrə məsləhətçi Kamal Xərazi İslam Respublikasının lideri tərəfindən Çin məsələsi üzrə xüsusi elçi olaraq təyin olunan Əli Laricaninin rolu haqqında mübahisəli açıqlamalar verdi.

Xəraziyə görə, Çin hökuməti, önümüzdəki 25 ildə İranda hökumət dəyişikliyi və müxtəlif siyasi meyllərin meydana çıxmasını və Çinin siyasi kommunist partiyanın sabitliyi nəzərə alınaraq, İslam Respublikasından bir nümayəndəsini anlaşmaya daxil etməsini istəmişdi. Bu səbəbdən Ayətullah Xamenei bu vəzifəyə Əli Laricanini təyin etdi.

Xərazinin iddialarını rədd edən Zərif, Çinin fikrincə İslam Respublikası tərəfindən bir nümayəndə təyin edilməsinin "rejimin ləyaqətindən aşağı tutmaq" olaraq söylədi və Çinin bu tələbi verdiyini rədd edərək, Laricaninin danışıqlarda İslam Respublikasının nümayəndəsi olaraq təyin e3dilməsini özünün Xameneiyə təklifi olduğunu söylədi. 

Zərif: 2020-ci ilin İyun ayında Çin sistemə olan güvənini itirdi

İran və Çin arasında Çin İslam Respublikası və Çin Xarici İşlər Nazirləri tərəfindən 1400-cü il Novruzun 7-ci günü Tehranda imzalanan 25 illik əməkdaşlıq sənədinin mətni məxfidir və məzmunu hər iki tərəfin gizli tutduğu bir şeydir. İran İslam Respublikası hökuməti bu sənədin ictimaiyyətə açıqlanmasına qarşı olmadığını, bunun üçün Çinin izninə ehtiyac olduğunu bildirdi.

Bu vəziyyət İranda bu sənədin məzmunu ilə bağlı ictimai narahatlıqları artırdı. Keçən ilin İyun ayında anlaşmanın imzalanma vaxtı yaxınlaşdıqca, İran ictimai rəyinin həssaslığı o qədər yüksək idi ki, hökumət və parlament rəsmiləri bu barədə açıqlamalar vermək məcburiyyətində qaldılar və bu da İran vətəndaşlarını inandıra bilmədi. Nəhayət, sənəd layihəsinin bir nüsxəsi mediaya sızdı və bu anlaşmada Çinə verilən imtiyazlar, İslam Respublikasının 41 illik tarixində xarici bir hökumətə qarşı görünməmiş olduğunu göstərdi.

Anlaşma, İslam Respublikasının mülki nüvə enerjisi sektorunda əməkdaşlıq öhdəliyi, avtomobil yollarını, dəmir yollarını və dəniz əlaqələrini, milli valyutalarla bank işlərində əməkdaşlıq, İnternet və daxili media sahəsində əməkdaşlıq və iki ölkə arasında geniş hərbi və təhlükəsizlik əməkdaşlığı və İslam Respublikasının müdafiə ehtiyaclarını ödəmək müqabilində, Çinin tələb etdiyi xam neft, neft-kimya məhsulları və bərpa olunan enerjinin 25 illik tədarükü yer alır. İranın Umman dənizindəki Mokran sahillərinin inkişafını öz üzərinə götürmək, İran hava limanları və limanları anlaşmanın layihəsinin başqa bir hissəsidir.

Zərif, Clubhouse-da olduğu müddətdə 25 illik İran-Çin anlşma layihəsinin İran medialarına sızdırılmasının "Çinin sistemə etibar etməməsinə səbəb olduğunu" və imzalanma müddətini 9 ay ertələdiyini söylədi.

İnqilab Keşikçiləri tərəfdaşlarının Xamenei yanında saxta iş qaldırmasına etiraz

İran-Çin anlaşması ilə əlaqədar etirazlar və narahatlıqlar əsnasında, İslam İnqilabı Keşikçiləri ilə əlaqəli Fars Xəbər Agentliyinin keçmiş direktoru və sistemin məsləhətinin təşxis Şurasının hazırkı müdirlərindən bir Yasir Cəbrəili, Zərifi bir neçə il əvvəl Tehran universitetində çıxışında “müdafiə müvəffəqiyyətlərini” o qədər sorğuladı ki, Ayətullah Xamenei onun kimi dövlət məmurları üçün bu müdafiə proqramlarını gəzməyə çağırdı.

Zərif cavab verdi ki, İslam Respublikasının Ali Rəhbərinin açıqlaması, Fars Xəbər Agentliyi tərəfindən Tehran Universitetindəki onun dediyinin "təhrif edilməsi" ilə əlaqədardır və dolayısı ilə İnqilab Keşikçilərinə bağlı xəbər agentliyini Xamenei ilə ona qarşı iş qaldırmaqda günahlandırdı. Fars Xəbər Agentliyi, Zərifin çıxışının "Amerika raketlərimizdən qorxmur" deyərək bir hissəsini yayımladı və sonra ABŞ-ın hərbi qabiliyyətinin İranla müqayisə oluna bilməyəcəyini və İslam Respublikasını qoruyan şeyin xalqın ona dəstək olduğunu izah etdi.

Dedikləri arasında İnqilab Keşikçilərinin nəzarəti altında çəkilən "Gando 2" təhlükəsizlik seriyasına toxundu və içindəki fikirləri tamamilə yalan və qeyri-real adlandırdı.

Zərifin Clubhouse-da olduğu müddətdə ara sıra problemlər ortaya çıxsa da, diqqət Çin ilə 25 illik anlaşmaya qaldı. Zərif dəfələrlə anlaşmanın iki İslam Respublikası və Çin hökuməti üçün müəyyən bir öhdəlik yaratmadığını və İranın heç bir ərazisini çinlilərə vermədiyini söylədi. Ardınca anlaşmanın şərtləri ilə bağlı İnstagram səhifəsində bir açıqlama yayımlayacağını vəd etdi  və daha sonra Tehranda gecə yarısı olduğunu dedi və yuxu vaxtının keçdiyinə görə dəfələrlə etiraz etdikdən sonra bir vərəq açıqlamada səhifəsində yaydı. 

Zərifin varlığı dövründə iki iranlıya ölkə daxilindən şərh verməyə icazə verildi, İslam Respublikasının siyasətlərinə kəskin şəkildə hücum edən və Ayətullah Əli Xameneinin adını çəkmədən onun idarəetmə tərzi xalqın iqtidarla bölünməsinə, bədbinliyinə və qəzəbinə səbəb olduğunu və 2019-cu ildə İslami Şura Məclisi seçkilərinə qatılımın az olduğuna səbəb olduğunu dedilər.

Zərifdən sual soruşan bir nəfər də, təkcə dünyadakı müxtəlif hökumətlərin deyil, İran xalqının kütlələrinin də İranın iki hökumətə sahib olduğunu və həqiqi dövlət başçısının ABŞ-ın keçmiş prezidenti Barak Obamanın nüvə danışıqlarında ona məktub yazdığı şəxs olduğunu başa düşdüyünü söylədi. Bu, Əli Xamenei üçün bir eyham idi. İran hökumətinin bir avtomobil olduğunu və iki sürücünün olduğunu, biri qaz pedalına, digəri isə eyni zamanda əyləcə basdığını və bu vəziyyətdə İran vətəndaşlarının bu döyüşün əvəzini ödəyəcəyini söylədi.

Zərifin iştirakı zamanı Farsdilli mediadakı İranlı jurnalistlərdən heç birinin sual verməsinə icazə verilmədi, lakin New York Times qəzetinin İslam Respublikasına yönəlmiş xəbər və məlumat yayımladığı üçün tənqidçilər tərəfindən tənqid olunan İranlı müxbirə fürsət verildi.

İclasa rəhbərlik edən jurnalist daha sonra Clubhouse-dakı başqa bir otağa getdi və izah etdi ki, Xarici İşlər Nazirliyi rəsmiləri, yalnız İran xaricində heç bir tənqidi iranlıya danışmağa və sual verməyə icazə verilmədiyi təqdirdə Clubhouse-da iştirakla razılaşdılar.

İclasın keçirildiyi otağın müdiri Zərifə onu izləyənlərin sayının təqribən 4 minə çatdığını söylədikdə, Zərif səhvən sayının otaqdakılara aid olduğunu düşünərək ona yeddi min nəfərin olduğu deyildiyini dedi və moderator ikisi arasındakı fərqi izah etdi ona.

Zərif, iştirakı zamanı "bir iPhone alacaq qədər zəngin olmadığını" izah etdi və tətbiqetmənin qeyri-rəsmi versiyasını və ya Claushouse widgetını Android telefonuna quraşdırdı ki, müzakirədə iştirak edə bilsin.

Clubhouse-un iştirakçısı, hökuməti tənqid etdiyi üçün ruhani paltarlarını çıxaran Həsən Ağamiri, istehza ilə Zərifə bir iPhone almağa hazır olduğunu söylədi ki, xalq arasına getsin və onların narahatlıqlarını eşitsin və xalqın qayğılarına cavab versin. O Zərifə dedi ki İran vətəndaşlarının hökumətə o qədər etimadsız olublar ki, İslam Respublikası nə desə onun əksinə inanırlar.

Zərifin Clubhouse-da olmasından sonra sosial şəbəkədə İslam Respublikası Xarici İşlər Nazirinin sözlərini tənqid edən və razılaşma ilə bağlı fikirlərini inanılmaz adlandıran müxtəlif otaqlar yaradıldı.

Şərhlər

Özəl hesabat

Ana dilinin cəzalandırılması; Əliriza Fərşi 50 ay həbs cəzasına məhkum edildi

Mart 18, 2021
4 dəqiqədə oxunur
Ana dilinin cəzalandırılması; Əliriza Fərşi 50 ay həbs cəzasına məhkum edildi