close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Mövləvi Əbdülhəmid: İran hökuməti Çinin cinayətlərinə niyə susur?

Mart 21, 2021
1 dəqiqədə oxunur
Mövləvi Əbdülhəmid: İran hökuməti Çinin cinayətlərinə niyə susur?

4 Aprel 2021

Zahidanın Sünni Cümə İmamı Mövləvi Əbdülhəmid İsmayılzehi, 25 illik İran-Çin anlaşmasının şəffaf olmadığını tənqid edərək, Çini Uyğur müsəlman azlıqlarına qarşı "ən pis cinayətlər" edən bir hökumət olaraq xarakterizə etdi.

Mövləvi Əbdülhəmid 2 Aprel Zahidandaki cümə namazı mərasimində dedi: İran xalqı İran və Çin arasında imzalanan 25 illik anlaşmanın məzmununun bilməməsindən qayğılı və narahatdır.

Zahidanın Cümə imamı qeyd olunan sənəddən dünya mediasının fərqli təhlillərinə və fərziyyələrinə toxunaraq əlavə etdi: "25 illik İran-Çin anlaşması ilə bağlı bütün qayğılar və narahatlıqları həll etməyin ən yaxşı yolu bu anlaşmaya aydınlıq gətirmək və bütün danışıqlara və fərziyyələrə son qoymaq üçün bu anlaşmanın məzmununun mediaya təqdim edilməsidir."

O davam etdi: "Hökümətin ölkələrlə bağladığı hər hansı bir anlaşma, xüsusilə də Çin ilə 25 illik anlaşma kimi vacib və mübahisəli anlaşmalar açıq olmalıdır və xalq arasında şübhələrə son qoymalıdır."

Mövləvi Əbdülhəmid, Çin hökumətinin Uyğur müsəlman azlıqlarına münasibətinə də toxunaraq dedi: "Çin hökuməti Uyğur müsəlman azlığına qarşı ən pis vəhşilikləri edən kommunist bir hökumətdir. İslam Respublikası hökumətinə, xüsusən də ölkəmizin Xarici İşlər Nazirliyinə şikayət edirik ki, bu zülm və cinayət barədə niyə susur və Çin hökumətini xəbərdar etmir və bununla bağlı etiraz etmir?"

İran və Çinin Xarici İşlər Nazirləri, 2021-ci il Mart ayının 27-si, şənbə günü günortadan sonra Tehranda iki ölkə arasında 25 illik əməkdaşlıq haqqında geniş sənəd imzaladılar.

Bu sənədin imzalanması İranda bir çox mənfi reaksiya ilə qarşılaşdı.

İran İslam Respublikası Hökuməti, bu sənədin məzmununu dərc etməkdən imtina etmə səbəbini Çin tərəfinin müxalifəti olaraq bildirdi.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected] 

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

İranla ABŞ arasında dolayı danışıqlar; Sanksiyaları ləğv etmək mümkündürmü?

Mart 20, 2021
3 dəqiqədə oxunur
İranla ABŞ arasında dolayı danışıqlar; Sanksiyaları ləğv etmək mümkündürmü?