close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Apellyasiya məhkəməsi; İki Ərdəbili mədəni fəala həbs və şallaq cəzası verildi

Aprel 11, 2021
2 dəqiqədə oxunur
Apellyasiya məhkəməsi; İki Ərdəbili mədəni fəala həbs və şallaq cəzası verildi

25 Aprel 2021

24 Aprel Şənbə günü, Əli Xeyrcu və Meysəm Colani adlı iki Ərdəbilli vətəndaş ümumilikdə 8 ay həbs və 40 şallaq cəzasına məhkum edildi.

Iranwire tərəfindən alınan xəbərlərə görə; Sana saytında yayımlanan bir bildirişə görə, Əli Xeyrcu və Meysəm Colani, Ərdəbil Apellyasiya Məhkəməsinin 10 saylı şöbəsi tərəfindən birlikdə dörd ay həbs və 20 şallaq cəzasına məhkum edildi.

İttiham aktına görə, məhkəmə "Ərdəbil Kəşfiyyat İdarəsinin hesabatına" istinad edərək bu mədəni fəallara qarşı həbs və qamçı cəzası verdi. Cəza bir il müddətinə təxirə salınıb.

13 dekabr 2020-cı il tarixdə Ərdəbilin İkinci Cinayət Məhkəməsinin 110 saylı Şöbəsində hakim Səccad Həbibinin sədrliyi ilə Əli Xeyrcu və Meysəm Colanini ümumilikdə səkkiz ay həbs və 40 il müddətinə “qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaqda iştirak etmək” ittihamı ilə ümumilikdə 8 ay həbs və 40 şallaq cəzasına məhkum edildi.

Əli Xeyrcu və Meysəm Colani, "Qarabağın Qurtuluşuna Dəstək" mitinqləri ilə əlaqədar tutulanlar arasındadır. 1 Oktyabr tarixində təhlükəsizlik qüvvələrinin evlərinə basqın etməsi ilə "Əli Xeyrcu" və "Meysəm Colani" həbs edildilər.

Əli Xeyrcunun tutulduğu andan Iranwire-ə göndərilən şəkillər və videolar, onu döyülərək nəzarətə alındığı və ayrıca bu mədəni fəalının ailə üzvlərinində döyülməsi və təhqir edilməsi ilə müşayiət olunduğunu göstərir.

Ayrıca 3 Oktyabr şənbə günü həyat yoldaşının vəziyyətini izləmək üçün Ərdəbil İstintaq İdarəsinin 10 saylı şöbəsinə gedən Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə, Babək Nonəhalın birbaşa əmri ilə 24 saat saxlanıldı.

Ali Xeyrcu və Meysəm Colani, Ərdəbilin "Ciral" Parkındakı bir etiraz mitinqində həbs edilənlər ilə birlikdə, bir aydan çox həbsdə qaldıqdan sonra, 29 Noyabr Ərdəbil Həbsxanasının Müvəqqəti Gözaltı Mərkəzindən məhkəmə sonuna qədər 300 milyon Tümən girovu ilə müvəqqəti sərbəst buraxıldılar.

2020-ci il iyul ayında, Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi qarşıdurmanın (ikinci Qarabağ savaşı) başladıqdan sonra və İrandakı mədəni fəalları və Azərbaycan partiyaları tərəfindən çağırışların verilməsindən sonra, İranın, Dağlıq Qarabağ savaşındakı siyasətinə qarşı ən az üç dəfə Tehran, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil və Türklərin yaşadığı digər bəzi şəhərlər də daxil olmaqla müxtəlif şəhərlərdə mitinqlər keçirildi. Mitinqlər zamanı ən azı 182 azərbaycanlı siyasi, mədəni və tələbə fəal nəzarətə alındı. Son bir neçə ayda bəzi məhbuslar həbs və şallaq cəzasına məhkum edildi.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

Mədəni fəal İsrafil Fətullahzadə məzuniyyətə buraxılıb

Aprel 11, 2021
1 dəqiqədə oxunur
Mədəni fəal İsrafil Fətullahzadə məzuniyyətə buraxılıb