close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

İrandakı korona; Hərirçi: Hər gün 220 min nəfər Koronaya yoluxur

Avqust 4, 2021
2 dəqiqədə oxunur
İrandakı korona; Hərirçi: Hər gün 220 min nəfər Koronaya yoluxur

İslam Respublikası Səhiyyə Nazirinin müavini İrəc Hərirçi, keçən həftə 230 min müsbət korona testinin qeydə alınmasına toxunaraq, test verməyənlərin sayını nəzərə alsaq, 220 min nəfərə qədər insanın Koronaya yoluxma ehtimalının olduğunu söylədi. Bu arada, Səhiyyə Nazirliyinə görə, hər gün 35-40 min insan test nəticəsi pozitiv olur.

Səhiyyə nazirinin müavininin sözlərinə görə, hazırda İranın 31 əyalətindən 14 əyalətdə infeksiya və xəstəxanaya yerləşdirmə tendensiyası sabitləşib və hətta azalmaqdadır. Bununla birlikdə, ölənlərin sayının daha üç həftə artmağa davam edəcəyinə inanır.

Hərirçiyə görə, keçən ilin Noyabr ayında Koronanın üçüncü zirvəsi ilə müqayisədə, xəstəxanaya yerləşdirilən xəstələrin sayı yüzdə 60 artdı.

IRNA xəbər agentliyi, Məşhəddə evdə müalicə olunan çoxlu xəstənin bahalı oksigen kirayəsi kapsulları almaq məcburiyyətində qaldığını da bildirdi. Bu hesabata görə, Məşhəddə Korona xəstələrinin sayının kəskin artması və xəstəxana çarpayılarının olmaması səbəbindən Məşhəddə oksigen kapsullarına asanlıqla tapılmır.

Keçən həftəki rəsmi olmayan statistikalar, Məşhəddəki gündəlik ölüm sayının üç dəfə artdığını göstərir.

Bu arada, İslam Respublikası vətəndaşlarına peyvəndləmə planını həyata keçirə bilməyib və bəzi mərkəzlərin bağlanması ilə bağlı xəbərlər yayımlanır. Səhiyyə Nazirliyinin rəsmilərinin sözlərinə görə, ölkənin mövcud Korona vəziyyətdən xilas etməyin yeganə yolu geniş peyvəndləmə aparmaqdır.

Qum Tibb Elmləri Universitetindən verilən məlumata görə, Qüds Müsəllası, İmamzadə Seyid Məsum və Qum Universitetinin peyvənd mərkəzləri Tasua və Aşura günlərində bağlanır.

Qəzvin əyalətindən də bildirilir ki, Qəzvin Tibb Elmləri Universiteti 19 Avqust, cümə axşamı günü Qəzvin Beynəlxalq Sərgisində vahid peyvənd mərkəzini bağlayacaq.

Bu arada, İslam Respublikasının Səhiyyə Naziri Səid Nəməki, son bir həftə ərzində, İran tibb elmləri universitetlərinin və Səhiyyə Nazirliyinin bəzi təşkilatlarının rəhbərlərinə bayram günlərində peyvəndlərin davam etdirilməsini vurğuladı. Milli Korona Qərargahının qərarına əsasən, ölkənin əksər hissəsi 16-21 Avqust Bazar ertəsi arasında bağlanacaq.

İran Səhiyyə Nazirliyinin son rəsmi statistikasına görə, Çərşənbə günü günortaya qədər 24 saat ərzində 583 nəfərin ölümü ilə ölkədə Kovid 19 qurbanlarının ümumi sayı 99 minə çatdı. Daha öncə Tibbi Birliyi Təşkilatı İranda gərçək qurban sayını Səhiyyə Nazirliyinin rəsmi statistikasından üç -dörd dəfə çox elan etmişdi.

Məhərrəm ayinin dini mərasimi İranda ötən həftədən başlayıb. Bu görüşlərin bəzilərində sağlamlıq protokollarının ciddi şəkildə pozulduğu bildirilir. Daha öncə İrəc Hərirçi, Məhərrəmlikdəki dini mərasimlərə toxunaraq, ölkədə peyvənd çatışmazlığının rolunu vurğuladı və "dini mərasimlər olmasa belə, ölüm nisbətinin daha bir ay yarım artacağını" söylədi.

Bu günə qədər ölkəyə Çin (Sinofarm), Yapon (Astrazenka), İtalyan (Covax), Rus (Sputnik), Güney Koreya (Covax), Rus (Astrazenka) və Hindistan (Bharat) peyvəndləri daxil olmaqla toplam 24 milyon 434 min 610 dozada korona peyvəndi idxal edilmişdir.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Ərdəbildə Əkbər Azada dəstək: Şəhər divarlarına siyasi məhbusun qrafiti vuruldu

Avqust 3, 2021
1 dəqiqədə oxunur
Ərdəbildə Əkbər Azada dəstək: Şəhər divarlarına siyasi məhbusun qrafiti vuruldu