close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Həbsdə olan tələbə Hamid Qaraoğlaninin işinə yenidən baxılması tələbi rədd edildi

Avqust 6, 2021
1 dəqiqədə oxunur
Həbsdə olan tələbə Hamid Qaraoğlaninin işinə yenidən baxılması tələbi rədd edildi

20 Avqust 2021

Ali Məhkəmə Urmiyə Həbsxanasında məhbus olan Hamid Qaraoğlaninin yenidən məhkəməyə çıxarılması tələbini rədd etdi.

Həbsdə olan tələbənin bacısı Haniye Qaraoğlani, 20 Avqust Cümə günü Twitterdə Ali Məhkəmənin 11 -ci şöbəsinə göndərilən Hamid Qaraoğlaninin işinə yenidən baxılması tələbinin beş gün sonra rədd edildiyini bildirdi.

Urmiyə İnqilab Məhkəməsi, Hamid Qaraoğlanini 14 il 1 ay həbs cəzasına məhkum etdi ki, bu da İslam Cəza qanununun 134 -cü maddəsinə əsasən icra edilir.

O, İran hakimiyyəti tərəfindən "rəhbərliyi təhqir etmək", "rejim əleyhinə təbliğat aparmaq" və "müxalif qruplara üzv olmaq" ittihamı ilə ittiham olunur.

Urmiyə İnqilab Məhkəməsi, Hamid Qaraoğlanini Xalqın Mücahidləri Təşkilatına üzv olmaqda və "İsraillə əlaqə qurmaqla" günahlandırdı.

Hamid Qaraoğlani dəfələrlə ittihamları qəti şəkildə rədd edib.

Ötən ilin dekabr ayının sonlarında siyasi məhbus, məhkəmə hakimiyyəti başçısı İbrahim Rəisiyə açıq bir məktub dərc edərək, İslam Respublikası təhlükəsizlik orqanları tərəfindən "həyasızca saxta iş qaldırılmasının" nəticəsi olaraq ona verilən hökmləri izah etdi.

Həbsdə olan tələbə təhlükəsizlik qüvvələrinin ailə üzvlərinə təzyiqindən bəhs edərək yazmışdı: "Cənab Raisi! Sizdən yalnız bir xahişim var. Şüarlarınıza sadiqsinizsə, təhlükəsizlik orqanlarının mənim və ailəm üçün yaratdığı cəhənnəmə son verin."

Hamid Qaraoğlani, 27 İyul 2021-ci il şənbə günü Urmiyə Kəşfiyyat İdarəsinin qüvvələri tərəfindən həbs edildi və Kəşfiyyat Nazirliyinin iş izləmə idarəsinə təhvil verildi.

Həbsdə olan bu tələbə epilepsiya xəstəsidir və dərmanlarına müntəzəm olaraq əl tapa bilmir. 2020-ci ilin Sentyabrında da həbsxanada Korona virusuna yoluxmuşdu.

Hamid Qaraoğlaninin bacısı, Həmidin xəstəliyi üçün dərmana və həkimə çatmamağı və sağlamlığının hələ də təhdid altında olduğunu söylədi.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Ərdəbildə Korona ölümlərinin artmasına baxmayaraq Məhərrəm mərasimləri davam edir

Avqust 5, 2021
1 dəqiqədə oxunur
Ərdəbildə Korona ölümlərinin artmasına baxmayaraq Məhərrəm mərasimləri davam edir