close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Mədəni fəal Şahin Bərzgər məhkəməyə çağırılıb

Oktyabr 6, 2021
1 dəqiqədə oxunur
Mədəni fəal Şahin Bərzgər məhkəməyə çağırılıb

21 Oktyabr 2021

Məhkəmənin Elektron Sistemi (Sana) vasitəsi ilə aldığı bildirişə görə Təbrizdə yaşayan Azərbaycanlı mədəni fəal Şahin Bərzgərin, 1 Noyabr 2021-də saat 9-da Təbrizin Cəza Məhkəməsinin 111-ci şöbəsində olması istənilib.

Cənab Bərzgər "ictimai asayişi pozmaq" ilə ittiham olunur.

Hüquq fakültəsinin tələbəsi və azərbaycanlı rəqs müəllimi olan cənab Barzegar 22 İyulda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, dindirilməsi başa çatdıqdan sonra 11 Avqustda Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Xatırlatmalıyıq ki, mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının,  çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində "Təbriz" şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.

24 İyul etiraz aksiyalarında saxlanılan fəallar təkcə Təbriz şəhərində saxlanılanların sayının 150 -dən çox olduğunu bildirmişdilər.

Ayrıca Şahin Bərzgər Noyabr 2019-da benzinin qəfil bahalaşmasına qarşı keçirilən ümumi etirazları zamanı da Təbrizdə atasının evində saxlanılmışdı və 3 ay (77 gün təcridxana və 21 gün həbsxana) saxlanıldıqdan sonra 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

Alma istehsalı; Fürsət yoxsa Azərbaycanda baş verən böhran

Oktyabr 5, 2021
6 dəqiqədə oxunur
Alma istehsalı; Fürsət yoxsa Azərbaycanda baş verən böhran