28 Oktyabr 2021
Oktyabrın 25, 26 və 27-də Təbriz Cinayət Məhkəməsinin 111 və 112 saylı şöbələrində, Xuzistan xalqına dəstək mitinqlərində saxlanılan Şəhruz Bərzgər, Məhəmməd Mərdi və Yusif Sələhşurun məhkəməsi keçirilib.
Məhkəmə zamanı Yusif Sələhşur və Şəhruz Bərzgər onlara qarşı irəli sürülən ittihamı müdafiə ediblər və Məhəmməd Mərdi təyin olunmuş vaxtda xəstəxanaya yerləşdirildiyi üçün məhkəmədə özünü müdafiə edə bilməyib.
Mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində "Təbriz" şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.
Etiraz aksiyaları zamanı və ondan öncə və sonra Təbriz, Ərdəbil, Urmiyə, Nəsimşəhr, Bostanabad və Sefidan (Spiran) şəhərlərində onlarla Türk mədəni fəal həbs edildi.
📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]
📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com
Şərhlər