close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Əliriza Fərşinin Tibbi məzuniyyəti yenidən uzadılıb

Fevral 14, 2022
1 dəqiqədə oxunur
28 Fevral 2022
28 Fevral 2022

Tibbi məzuniyyətdə olan Azərbaycanlı siyasi məhbus Əliriza Fərşi 26 Fevral 2022 şənbə günü şəxsi İnstaqram səhifəsində məzuniyyət müddətinin 15 gün daha uzadıldığını bildirib.

Cənab Fərşi 26 Fevralda Tehranın 33-cü Ümumi və İnqilab Prokurorluğuna gedərək, məzuniyyətinin 11 Mart 2022-ci ilə qədər uzadıldığı öyrənib.

Əliriza Fərşi 27 Yanvar 2022-ci il, cümə axşamı günü elektron qandalla Bina xəstəxanasına yerləşdirilərək gözündən əməliyyat olunmuşdu.

Bu dil hüquqları fəalı 9 Yanvar tarixində 600 milyon tümənlik girov qarşılığında 18 günlük tibbi məzuniyyətə buraxılməşdı və bu məzuniyyətin ixtisaslaşdırılmış müayinələrə ehtiyac səbəbindən üçüncü dəfə olaraq uzadılması nəzərdə tutulub.

Əliriza Fərşi 22 İyul 2021-də evinə qayıdarkən Tehranda saxlanılıb və Evin həbsxanasına köçürülüb. O həbs zamanı döyülmə nəticəsində başından, üzündən, boğazından və hər iki gözündən xəsarət alıb. Əliriza Fərşinin həkiminin diaqnozuna görə, onun kornea nəqli əməliyyatına ehtiyacı var.

Əliriza Fərşi hazırda Böyük Tehran Həbsxanasında iki illik cəza çəkir. 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.

Əliriza Fərşı, həbsdəykən yeni bir işdə Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq " ittihamı ilə üç il altı ay həbs cəzasına və "rejimə qarşı təbliğat" ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi. Ayrıca bu mədəni fəal eyni zamanda iki il qruplar, partiyalar və dəstələrə üzv olmaqdan məhrum edilib və iki ay (hər gün dörd saat) Tehran bələdiyyəsi təkrar emal şöbəsində çalışmaya məhkum edildi.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

“Putin və tərəfdarlarına ölüm”; Ukraynanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirilib

Fevral 13, 2022
1 dəqiqədə oxunur
“Putin və tərəfdarlarına ölüm”; Ukraynanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirilib