close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Tehranda mülki geyimli qüvvələr PS752 təyyarəsinin vurulmasında həlak olanların ailələrinə hücum edib

Fevral 15, 2022
1 dəqiqədə oxunur
1 Mart 2022
1 Mart 2022

Tehrandan Ukraynanın paytaxtı Kiyevə uçan Ukrayna təyyarəsinin vurulması zamanı həyat yoldaşını və uşağını itirən Hamid İsmayıliyun öz öz Twitter hesabında mülki geyimli qüvvələrin Ukraynanın Tehrandakı səfirliyi qarşısında həlak olanların ailələrinin toplaşdığı yerə hücum etdiyini açıqlayıb.

PS752 Uçuş Qurbanları Birliyinin sözçüsü yazıb ki, 28 Fevral 2022-ci il bazar ertəsi səhər “hökumət quldurları” Ukraynanın Tehrandakı səfirliyi qarşısında həlak olanların ailələrinin etiraz aksiyasına bibər qazı vurub və bəzilərini döyüblər.

O, qurbanların bəzilərinin ana və atalarının yaralandığını deyib.

2020-ci il 8 Yanvar səhər saatlarında Tehran səmasında İnqilab Keşikçiləri tərəfindən atılan ən azı iki raketlə vurulan Ukrayna təyyarəsində həlak olanların ailələri Rusiyanın Tehrandakı səfirliyinin qarşısında Ukrayna xalqına dəstək aksiyası keçiriblər.

Dünən Cavad Süleymani İnstaqramda Kanadanın Toronto şəhərində Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olanların ailələrinin Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz aksiyası keçirməsi barədə məlumat vermişdi.

Mitinqin plakatında deyilirdi: “Mən Rusiya raketlərini tanıyıram və mənim ailəm də bu raketlərlə Kiyevə gedən PAS752 təyyarəsində İranda öldürülüb”.

Kanadanın Toronto şəhərində keçirilən mitinqlə eyni vaxtda Ukrayna Təyyarəsi Qurbanlarının Ailələri Birliyi də bir bəyanatda deyib: "Dünyada müharibə və təcavüzə qarşı çıxan milyonlarla insan kimi, biz də Ukraynanın dözümlü xalqının yanındayıq və ümid edirik ki, azad dünyanın siyasətçiləri təxirə salmaq əvəzinə düzgün qərarlar qəbul edərək tarixin doğru tərəfində dayansınlar."

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

İki vəkil Xameneidən 100 min iranlının ölümünə nədən olduğuna görə şikayət ediblər

Fevral 14, 2022
1 dəqiqədə oxunur
İki vəkil Xameneidən 100 min iranlının ölümünə nədən olduğuna görə şikayət ediblər