close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Xameneinin Ukrayna savaşı ilə bağlı iddiaları cümə namazı imamları tərəfindən təkrarlandı

Fevral 19, 2022
1 dəqiqədə oxunur
5 Mart 2022
5 Mart 2022

İslam Respublikasının lideri Əli Xameneinin Rusiyanın Ukraynaya təcavüzünə verdiyi ilk reaksiyada Vladimir Putinə dəstəyindən sonra bir sıra cümə imamları Ukrayna xalqının hökumətin yanında olmadığını və ABŞ-nın Ukrayna savaşında günahkar olduğunu bildiriblər.

Cümə günü, 5 Mart 2022-ci il, Tehranın müvəqqəti cümə imamı Əli Əkbəri Xameneinin "Amerika mafiya rejimidir" mövqeyini təkrarladı və dedi: “Amerika macəralarının arxasında Doğu Avropada baş verən son hadisələr də dayanır”.

Bu cümə namazının imamı Ukraynaya qarşı hərbi əməliyyata başlayan Rusiyanın adını çəkmədən də deyib: “Əsas günahkar Amerikadır və onlar Ukraynanı öz tamahlarının qurbanına çeviriblər”.

Bu bəyanatla eyni vaxtda Əli Xameneinin İsfahandakı nümayəndəsi Xameneinin sözlərini təkrarlayaraq dedi: “Bütün bu savaşların kökü ABŞ-dır və bunun səbəbi odur ki, Ukrayna bütün silahlara və hətta nüvə başlıqlarına sahib idi və savaş silahlarında inkişaf etmiş ölkələrdən biri idi, lakin ABŞ Ukraynanı tərksilah etdi və yenə ona silahlar satmaq istəyir”.

Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə olaraq İslam Respublikasının Rəhbəri Əli Xamenei çərşənbə axşamı, 2 Martda etdiyi çıxışında Rusiyaya toxunmadan müharibənin kökünü ABŞ siyasəti adlandırıb və deyib: “Bu gün Ukrayna ABŞ-ın böhran siyasətinin qurbanıdır, çünki Ukraynanın daxili işlərinə qarışan, mitinqlər təşkil edən, məxməri və rəngli dövlət çevrilişi yaradan ABŞ olub. Çevriliş, ABŞ senatorlarının müxalifət mitinqlərində olması və hökumətlərin yerdəyişməsi ölkəni bu nöqtəyə gətirdi.

Xamenei ayrıca dedi: Ukraynada xalq meydana girsəydi, hakimiyyətin vəziyyəti belə olmazdı, amma xalq hakimiyyəti qəbul etmədiyi üçün meydana gəlmədi.

Lakin Rusiyanın Ukraynaya ağır saldırısı və paytaxt yaxınlığında irəliləməsinə baxmayaraq, son vaxtlar ukraynalı qaçqınların sayı bir milyona çatıb və onların hamısı Rusiyaya deyil, Batıya sığınıb.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Bayram tətilində səyahət şərti 3 doza peyvəndin vurulmasıdı

Fevral 18, 2022
1 dəqiqədə oxunur
Bayram tətilində səyahət şərti 3 doza peyvəndin vurulmasıdı