close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Qadınlar

İranda son 10 ayda on qadın edam edilib

Oktyabr 16, 2021
1 dəqiqədə oxunur
İranda son 10 ayda on qadın edam edilib

 

30 Oktyabr 2021

İran həbsxanalarında daha bir qadının edam edilməsi ilə 2021-ci ildə İranda edam edilən qadınların sayı 10 nəfərə, məlum edamların ümumi sayı isə 247 nəfərə çatıb.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, dayısı oğlu olan həyat yoldaşını "qəsdən öldürmək" ittihamı ilə edama məhkum edilən "Susən Rezayipur" adlı qadının edam hökmü Qəzvin Mərkəzi Həbsxanasında icra olunub.

Qadın edamı elə bir şərait altında edilib ki etiraflarında deyib: Həyat yoldaşım günorta saat üçdən gecənin sonuna kimi sərxoş idi və məni döyürdü və həmişə sərxoş olurdu, daha dözə bilmirdim.

İran İnsan Haqları Təşkilatı məlumatlı bir mənbəyə istinadən bildirir ki, "Susən Rezayipur altı ildir həbsdədir və qurbanın atası Susənin dayısı idi ki buna razılıq vermədi və Susən edam edildi".

Mənbə əlavə edib: Susən məcburən evləndi və dayısı oğlunu bəyənmirdi, ancaq zəngin olduğu üçün onunla evlənməyə zorlandı.

İran İnsan Haqları Təşkilatının əvvəlki hesabatına görə, 2010-2021-ci illər arasında İranda ən azı 164 qadın edam edilib və 2010-cu ildən bəri qəsdən adam öldürmə ittihamı ilə edam edilən qadınlar uşaq yaşda evləndirilib.

BMT-nin İrandakı İnsan Haqları üzrə Xüsusi Nümayəndəsi Cavid Rəhman son hesabatında İranda edamların vəziyyətinə xüsusi toxunaraq, vəziyyəti ağır adlandırıb.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

 

 

Şərhlər

Özəl hesabat

Ərdəbil, Doğu və Batı Azərbaycan əyalətlərində beş həmkarlar ittifaqı etiraz mitingi keçirib

Oktyabr 15, 2021
2 dəqiqədə oxunur
Ərdəbil, Doğu və Batı Azərbaycan əyalətlərində beş həmkarlar ittifaqı etiraz mitingi keçirib