close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Ərdəbil, Doğu və Batı Azərbaycan əyalətlərində beş həmkarlar ittifaqı etiraz mitingi keçirib

Oktyabr 15, 2021
2 dəqiqədə oxunur
Ərdəbil, Doğu və Batı Azərbaycan əyalətlərində beş həmkarlar ittifaqı etiraz mitingi keçirib

29 Oktyabr 2021

Son bir həftədə təkcə Ərdəbil, Doğu və Batı Azərbaycan əyalətlərində ən azı beş əmək aksiyası keçirilib. Son etiraz aksiyalarından birində Acın Dəmir Şirkətinin işçiləri olan Vərziqanın Süngün mədəninin Liçing  (sızıntı) layihəsinin çalışanları haqlarının ödənilməməsinə etiraz olaraq bazar günü, 24 Oktyabrda tətilə çıxıblar.

Vərziqanın Süngün Mis Kompleksi kompleksin əsas mühafizə zonasından kənarda tikinti layihələrində çalışan işçiləri mükafatlandırmır. Kompleksin layihələrində çalışan işçilər mükafatların ayrılmamasına etiraz etdilər və Acın Dəmir Şirkətinin Liçing Layihəsində çalışan qüvvələri bu məsələyə etiraz olaraq aksiya keçirdilər.

Etirazçı Ərdəbili işçilərin mitinqi

21 Oktyabr 2021-də İbrahim Rəisinin Ərdəbilə səfəri ilə birlikdə əmək haqlarının və 3 aylıq mükafatların verilməməsinə etiraz olaraq Ərdəbil əyalətinin Savalan Parça Fabrikinin işçiləri valilik binası qarşısında aksiya keçiriblər.

Bu fabrikində minə yaxın işçi çalışır və bir neçə aydan bir onların bir neçəsi həmkarlar ittifaqının tələblərini yerinə yetirmək səbəbi ilə işdən çıxarılır və ya işdən çıxarılmaqla hədələnir.

Xoy şəhəri əməkçilərinin tələbləri

Xoy əmək Evinin açılış mərasimində iştirak edən bir qrup işçi mərasimdə bir sıra işçilərə çıxış etmək imkanının verilməməsinə etiraz edərək deyiblər: Mərasimdə iştirak edən rəsmilər işçilərin problemləri ilə yaxından tanış olmalı, onların xahişlərini dinləməlidirlər.

İşçilər problem olaraq: “Ağır işin nəzərə alınmaması”, “İş güvənsizliyi”, “Müqavilələrin və əmək keçmişinin təqdim edilməməsi”, “Aylıq təşviqlərin tam ödənilməməsi” kimi məsələləri dilə gətiriblər.

Azərbaycanın texniki binalarının işçilərinin bir aylıq əmək haqqı borcunun ödənilməsi

Salmas, Culfa, Azərşəhr, Mərənd, Əcəbşir şəhərlərində dəmir yollarında çalışan Azərbaycanlı inşaatçıların 6 günlük etiraz mitinqindən sonra işəgötürən onların iki aylıq tələblərinin bir ayını ödəyib və işçilər etirazlarını dayandırıblar.

İş statusunun dəyişdirilməsi tələbi

Təbriz Bələdiyyəsində xidmət sektorunda zibil toplama və bağban kimi çalışan bir qrup müqaviləli işçi müqavilələrinin statusunu keçici müqavilədən birbaşa istixdama dəyişmək istəyir. Bu işçilər qrupu böyük şəhər kompleksində işçilər arasında ayrı-seçkiliyin olmasına etiraz olaraq deyirlər: “Niyə bir sıra rəsmi və uzun muqaviləli olsun və daha yüksək maaş alsınlar? Bəziləri isə bizim kimi keçici müqavilələr formasındadır və qanuni olsa belə bizi işə alan şirkət haq hüququmuzun alınıb alınmamasına əhəmiyyət vermir. Bizdə iş təminatı yoxdur və maaşlarımız rəsmi işçilər və podratçıların maaşları qədər yüksək deyil”.

Təbriz Bələdiyyəsində 2500-ə yaxın təmizçilik və yaşıl sahə işçisi 15-20 illik təcrübəyə malik 200 icarəyə götürülmüş zibil maşını sürücüsü ilə birlikdə çalışır.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Mədəni fəal Məqsud Əlizadegan Ərdəbil kəşfiyyat idarəsinə çağrılaraq təhdid edilib

Oktyabr 15, 2021
1 dəqiqədə oxunur
Mədəni fəal Məqsud Əlizadegan Ərdəbil kəşfiyyat idarəsinə çağrılaraq təhdid edilib