close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Mədəni fəal Məqsud Əlizadegan Ərdəbil kəşfiyyat idarəsinə çağrılaraq təhdid edilib

Oktyabr 15, 2021
1 dəqiqədə oxunur
Mədəni fəal Məqsud Əlizadegan Ərdəbil kəşfiyyat idarəsinə çağrılaraq təhdid edilib

29 Oktyabr 2021

Dünən cümə axşamı, 28 Oktyabr 2021-də Azərbaycanlı mədəni fəal Məqsud Əlizadegan Ərdəbil Əyalətinin Kəşfiyyat İdarəsinin informasiya bölməsinə çağırılıb və bir neçə saat dindirilib və təhdid edilib.

İranwire-ə çatan məlumata görə, Əlizadegan dünən Ərdəbil Kəşfiyyat İdarəsindən dəfələrlə edilən zənglərlə iş saatlarında Baş Kəşfiyyat İdarəsinin informasiya bölməsinə getdikdən sonra dindirilib.

Təhdid və psixoloji təzyiqlərlə 3 saatdan artıq davam edən dindirmə zamanı kəşfiyyat məmurları cənab Əlizadeganı təhdid edərək deyiblər: Fəaliyyətinizdən əl çəkməsəniz, aqibətiniz İranda həbsdə olan başqa Azərbaycanlı fəalların taleyi ilə eyni olacaq.

Cinayət Prosessual Məcəlləsinin 169 və 170 -ci maddələrinə görə, məhkəmə orqanı yalnız şəxslərin məhkəməyə çağrılması üçün yazılı çağırış verə bilər və məhkəmə orqanı tərəfindən telefon vasitəsilə çağırılma halında, bu Cinayət Prosessual Məcəlləsinin 175 -ci maddəsinə uyğun olaraq elektron icraat qaydaları çərçivəsində olmalıdır. Əks halda, məhkəmədən xaric dövlət orqanlarının yazılı və ya şifahi çağırışlarının heç bir hüquqi dayanağı yoxdur.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

24 Iyul Təbriz etiraz aksiyalarında saxlanılan 3 mədəni fəalın məhkəməsi keçirilib

Oktyabr 14, 2021
1 dəqiqədə oxunur
24 Iyul Təbriz etiraz aksiyalarında saxlanılan 3 mədəni fəalın məhkəməsi keçirilib