close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

Qarabağdakı müharibə; İrandakı Türk vətəndaşların üçüncü həbs dalğasının başlanğıcı

Sentyabr 21, 2020
6 dəqiqədə oxunur
Qarabağdakı müharibə; İrandakı Türk vətəndaşların üçüncü həbs dalğasının başlanğıcı

21 Oktyabr 2020

 

12 iyul bazar günü, Dağlıq Qarabağ ərazisindən 300 km məsafədə Tovuz bölgəsində Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi toqquşmalar yenidən başladı.

Dörd gün sonra, 26 iyul tarixində İrandakı mədəni fəallarının və Azərbaycan partiyalarının çağrısının yayımlanmasının ardından, Tehran, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil, Naqadə, Miyana və Marağa daxil olmaqla müxtəlif şəhərlərdə Azərbaycan Respublikasına dəstək mitinqləri keçirildi.

Mitinqlər zamanı onlarla azərbaycanlı siyasi, mədəni və tələbə fəal nəzarətə alındı. Başqa bir çox insan müxtəlif şəhərlərin kəşfiyyat və təhlükəsizlik polisinə çağırıldıqdan sonra həbs olundu.

Həbslərin ilk dalğasında, ən azı 40 Türk vətəndaş Azərbaycan Respublikasına dəstək mitinqlərində iştirak etdikləri üçün nəzarətə alındı. Bütün məhbuslar daha sonra məhkəməyə qədər zəmanət qarşısında sərbəst buraxıldılar. Lakin bu, işin sonu deyildi və yalnız iyul ayında İranın müxtəlif şəhərlərində 52 Türk vətəndaş tutuldu və ya hökmləri icra edildi.

27 sentyabr Bazar günü səhər, Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ bölgəsi üzündən yeni hərbi toqquşmalar başladı.

İki gün sonra ilk küçə mitinqi 29 sentyabr çərşənbə axşamı Ərdəbilin "Ciral Parkı"nda etirazçıların "Dağlıq Qarabağın azadlığı üçün Azərbaycan Respublikasına dəstək" mitinqi keçirildi. İran İslam Respublikasının təhlükəsizlik qüvvələri, Ərdəbil vətəndaşlarının dinc toplanmasına cavab olaraq, ən azı 20 nümayişçini tutmaq üçün onları döyərək şiddət tətbiq etdilər.

Növbəti günlərdə davam edən Türk mədəni fəalların çağırılması və ya tutulması bu dəfə İranın ən azı on şəhərində daha geniş bir etiraz mitinqinin keçirilməsinə mane olmadı. Ərdəbilin Ciral Parkındakı etiraz mitinqindən iki gün sonra, 31 sentyabr cümə axşamı, Türk mədəni fəallar Tehran, Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Meşkinşəhr, Marağa, Mərənd, Miyandab və Parsabadda etiraz mitinqləri keçirdilər.

Cümə axşamı günü onlarla nümayişçinin həbs olunmasına əlavə olaraq, təhlükəsizlik qüvvələrinin mədəni fəallarının evlərinə basqın etdiyi üçün sonrakı günlərdə bir çox mədəni fəal nəzarətə alındı.

Həbslərin ikinci dalğasında iyirmi gün ərzində Ərdəbil, Təbriz, Urmiyə, Meşkinşəhr, Parsabad Muğan, Hadişəhr, Culfa, Kəleybər və Zəncanda 100 nəfərdən çox Türk vətəndaş həbs olundu. Bu məhbuslardan bəziləri son günlər girov müqabilində sərbəst buraxılıb.

Bununla birlikdə, ilk həbslər dalğasından fərqli olaraq, bu dövrdə yalnız mədəni fəallarının çağırılması və tutulması sürətlə artdı, həbs zamanı döyülmə, həbsxanalarda işgəncə, həbsxanalarda lazımi tibbi yardımın olmaması, məhkumların ziyarətinə və ailələrlə telefon əlaqəsinə mane olmaq və həbs və tutulanların vəziyyəti barədə məlumatın olmaması və mədəni fəallarının ailələrinə təzyiqlər və təhdidlərin artması hakimiyyətin reaksiyasına əlavə olundu.

Həbslərin ikinci dalğasının ortalarında, sosial şəbəkələrdə rejimin saxlamaları və nümayişçilərə qarşı təzyiqlərə etiraz olaraq bir kampaniya başladıldı. Bu kampaniyada İranın Türk vətəndaşları əllərində “Biz Azərbaycanın tərəfdarı deyilik, biz azərbaycanıq” yazılı plakatlar tutdular və fotolarını sosial şəbəkələrdə məhbusların sərbəst buraxılmasını tələb edərək yayımladılar.

Bu il oktyabrın 17-də, bazar günü axşam, son üç ayda üçüncü dəfə İranın Azərbaycan təşkilatları və mədəni fəallarının çağrışının ardından İranın Türk şəhərlərində etiraz mitinqləri keçirildi. Nümayişçilər "İranın Ermənistana verdiyi dəstək və Rusiyanın Ermənistana silah ötürmək üçün İranın hava məkanından və torpaqlarından istifadə etməsinə" etiraz etdilər və Nurduz sərhəd keçidinin bağlanmasını tələb etdilər.

Norduz keçidi, Doğu Azərbaycan əyalətinin Culfa şəhərindən 65 km məsafədə yerləşir və İranla Ermənistan arasında yeganə gümrük keçididir.

Əvvəlki iki Azərbaycan Respublikasını dəstəkləyən etiraz mitinqlərindən fərqli olaraq, bu dəfə mitinqdən əvvəl geniş miqyaslı həbslər və geniş təhlükəsizlik tədbirlərinin görülməsi Təbriz xaricində müxtəlif şəhərlərdə mitinqlərin qarşısını aldı.

Tehranda, bu şəhərin İmam Hüseyni meydanında insanların olmasına baxmayaraq, təhlükəsizlik qüvvələrinin geniş yayılması, ilkin yığınacaqların meydana gəlməsinin qarşısını aldı. İranwireə verilən məlumatlara görə, təhlükəsizlik qüvvələri İmam Hüseyni meydanına gedən küçələrdə üçdən çox insanın toplanmasının qarşısını aldılar.

Məlumatlı bir mənbənin İranwireə verdiyi bir müsahibədə, nümayişçilərin tutulması, döyülməsi və təhdid edilməsinə əlavə agentlərin ən azı üç Tehranlı vətəndaşı tutduqlarını söylədi.

Tehrandakı saxlanılanların adları "Məhbub Məhəmmədi", "Cəbrayıl Qulipur" və "Əbuzər Xodayi" dir. Tehranda yaşayan üç Türk vətəndaş, 19 oktyabr səhəri, mobil telefonlarına əl qoyulduqdan sonra yazılı bir öhdəlik imzaladıqdan sonra sərbəst buraxıldılar.

Urmiyə, Ərdəbil, Zəncan, Meşkinşəhr, Nəqədə, Marağa və bəzi digər Türk şəhərlərində 18 oktyabrda güclü bir təhlükəsizlik mühiti quruldu və şahidlərin dediklərinə görə, məmurlar insanların əvvəlcədən təyin olunmuş yerlərdə toplanmasına mane oldular. Cümə axşamı da, ölkənin Quzey Batısındakı internet, gecə yarısına qədər ciddi şəkildə pozuldu.

Bir Zəncan vətəndaşı şəxsi Twitter hesabında şəhərdəki təhlükəsizlik vəziyyəti barədə yazıb: "16 İyul, 1 Oktyabr və bu gün, 18 Oktyabr 2020, Zəncan üst üstə bir neçə aydır ən ciddi təhlükəsizlik vəziyyətini yaşayır; Hətta bu gün təhlükəsizlik vəziyyəti keçmişə nisbətən daha sıx idi, buna görə müharibə şəraitində olan bir şəhərdən fərqli deyildi."

Təbriz, bütün məhdudiyyətlərə baxmayaraq, 18 oktyabrda bir etiraz mitinqinə şahid oldu. Nümayişçilər Azərbaycan türkcəsində "Ermənistanı dəstəkləmək cinayətdir", "Qarabağ bizimdir bizim olacaq" və "Nurduz bağlanmalıdır" şüarları səsləndirərək İslam Respublikasının xarici siyasətinə etiraz etməklə yanaşı, Nurduz sərhəd keçidinin bağlanmasını tələb etdilər.

Bazar günü Təbrizdəki mitinqlərdə təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün plastik güllələr və gözyaşardıcı qaz atdığı deyilir. Iranwireə verilən məlumatlara görə, bazar günü Təbrizdə keçirilən mitinq zamanı təhlükəsizlik qüvvələri tərəfindən ən azı 20 nəfər saxlanılıb.

Həbs olunanların təxminən yarısı mitinqdə iştirak edən qadınlardır. Çox sayda məhbusun şəxsiyyəti və saxlandığı yer hələ müəyyənləşdirilməyib.

Buna baxmayaraq, bu qadınlardan ikisinin, keçmiş tələbə yazıçısı və fəal "Sara Turi" və jurnalist "Məlihə Bərqi" şəxsiyyətləri Iranwire tərəfindən təsdiqlənmişdir. "Məqsud Baqeri Golzar", "İbrahim Fərəczadə", "Isa Yeganə", "Əli Hac Məhəmmədi", "Nasir Əhmədi", "Məhərrəm Kərimi" və Təbrizli bir yazıçı və tələbə fəal "Siyamək Kuşi" də bazar günü bu şəhərdə keçirilən mitinqdə tutulanlar arasında idi.

Həmin vətəndaşlar arasında həbs müddətində "Isa Yeganə", "Əli Hac Məhəmmədi", "Nasir Əhmədi", "Məhərrəm Kərimi" bazar günü gecə sərbəst buraxıldılar.

Təhlükəsizlik qüvvələri 18 oktyabr Bazar günü səhər "Riza Zarei"nin Təbrizdəki evinə heç bir hökm olmadan gedərək bu Azərbaycanlı mədəni fəalı tutaraq naməlum yerə köçürdülər.

18 oktyabrda Aydın Zakeri Meşkinşəhrdəki iş yerində tutuldu və Riza Seyyid Nuri Parsabaddakı (Muğan) təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındı və məhkəmənin sonuna qədər bir gün sonra sərbəst buraxıldı. Elə həmin gün Effət Nikbaxt (Seda Savalan) Meşkinşəhrdə həbs olundu.

"Hüseyin Əmir Hicri" 18 oktyabr axşamı Təbrizin Əbu Reyhan küçəsindəki evinin qarşısında mülki geyimli zabitlər tərəfindən tutuldu və naməlum bir yerə köçürüldü. Təhlükəsizlik qüvvələri cənab Əmir Hicrinin atasını ölümünün ildönümündə, hökm göstərmədən onu həbs etdilər.

"Rəsul Rəzavi", "Əkbər Mohaceri" və "Hüseyn Məhəmmədiyan" 18 oktyabrda Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə köçürüldülər. Ayrıca, "Məhəmməd Məhmudi", "Şahin Bərzgər" və "Afşar Moheb" in evlərini ziyarət etmələrinə baxmayaraq, agentlər bu vətəndaş fəalları həbs etməkdə müvəffəq olmadılar.

Gilan Universitetinin "Yağış" nəşrinin baş redaktoru "İbrahim Gənci" 18 Oktyabr Bazar günü tutulan digər şəxslərdən biridir. Bazar günü bu tələbə fəal, Rəştdən olan bir neçə vətəndaş fəal ilə birlikdə Gilan əyalətində İslam Mədəniyyəti və Rəhbərliyi Baş İdarəsi qarşısında "Biz Azərbaycanın tərəfdarı deyilik, biz azərbaycanlıyıq" kampaniyasına qatıldı. Bu mədəni etirazdan sonra təhlükəsizlik qüvvələri tərəfindən bazar günü gecə tutularaq bilinməyən bir yerə köçürüldü.

Ayrıca, "Vədud Əsədi" və "Məhəmməd Eyni" dünən, oktyabrın 20-də səhər Rəştdə təhlükəsizlik qüvvələri tərəfindən tutuldu.

Məhkumların saxlama yeri, ailələri ilə telefon ilə görüşmələri və əlaqə saxlamaları, bəzi məhbusların saxlanma yerləri və vəziyyəti barədə məlumatları olmaması və həbs olunanların ikinci dalğasındakı məhbusların vəziyyəti ilə əlaqədar vəzifəli şəxslərin məsuliyyət daşımaması və bu hesabat verilənədək Dağlıq Qarabağın azad edilməsini dəstəkləyən üçüncü mitinq dalğasında həbs olunan mədəni fəallara qarşı ittihamlar və sağlamlıq vəziyyətləri barədə məlumat yoxdur.

 

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

 

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

Culfalı iki mədəni fəalın tutulması və vəziyyətindən xəbərsizlik davam edir

Sentyabr 21, 2020
4 dəqiqədə oxunur
Culfalı iki mədəni fəalın tutulması və vəziyyətindən xəbərsizlik davam edir