close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
İqtisadiyyat

İrandan neft sənayesində çoxlu köç baş verməkdədir

May 27, 2024
1 dəqiqədə oxunur
İrandan neft sənayesində çoxlu köç baş verməkdədir
İrandan neft sənayesində çoxlu köç baş verməkdədir

İran Ticarət Palatasının Enerji Komissiyasının üzvü Araş Nəcəfi neft sənayesində əmək köçünün getdikcə artması və bu fenomenin ölkəyə “bərpa olunmaz ziyanı” barədə xəbərdarlıq edib.

Nəcəfi bazar günü, mayın 26-da İranın Əmək Xəbərləri Agentliyinə (ILNA) müsahibəsində deyib:  “Ölkədə texniki işçi və ixtisaslı fəhlə ən azı 25 yaşına kimi oxuyur və 5 ildən 10 ilə qədər peşəkar kimi çalışır və ixtisaslı işçi olmaq üçün təcrübə toplayır; bu o deməkdir ki, biz beyin axını və ixtisaslı işçi qüvvəsi köçü üçün 35 il ömrümüzü itiririk.

O əlavə edib ki, neft sənayesində ixtisaslı işçilərin yetişməsi 15 il çəkəcək.

Son illərdə iqtisadi vəziyyətin pisləşməsi və İslam Respublikasının siyasi, sosial və mədəni sahələrdə repressiv tədbirlərinin güclənməsi bir çox iranlının köçünə səbəb olub.

2023-cü ilin dekabrında İşçilər Birliyi Ali Mərkəzinin başçısı Süməyyə Golpur İrandan bölgə ölkələrinə, o cümlədən Türkiyə, İraq və Omana köçün artmasına qarşı xəbərdarlıq etdi.

Nəcəfi müsahibəsinin davamında deyib ki, neft sənayesi işçi qüvvəsinin köç prosesini azaltmaq üçün ciddi tədbirlər görülməsə, İran insan resursları sahəsində “ciddi problem”lə üzləşəcək.

Ticarət Palatasının Enerji Komissiyasının üzvü əlavə edib:  “Təəssüf ki, biz rahatlıqla ixtisaslı və ixtisaslaşmış kadrlarımızı itiririk. Bütün təcrübələr, sınaqlar və səhvlər ölkəmizin daxilində edilir, bütün nailiyyətlər və nəticələr başqa ölkələrdə təqdim olunur və bu, bir ölkənin ən böyük iqtisadi itkisidir”.

Şərhlər

Xəbərlər

Doğu Azərbaycanın keçmiş valisi: Helikopter qəzasının bir çox qeyri-müəyyənliyi var

May 24, 2024
2 dəqiqədə oxunur
Doğu Azərbaycanın keçmiş valisi: Helikopter qəzasının bir çox qeyri-müəyyənliyi var