close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
İqtisadiyyat

İranda toyuq ətinin bahalaşması; kilosu 85 min tümən

Aprel 11, 2023
1 dəqiqədə oxunur
İranda toyuq ətinin bahalaşması; kilosu 85 min tümən

Bazar ertəsi, aprelin 10-da İran mediası ölkənin bir çox əyalətlərində toyuq qıtlığını elan edərək, satış qiymətinin kilosunun 80-85 min tümən arasında olduğunu açıqlayıb.

Didban İran saytının xəbərinə görə, bazarda toyuq ətinin tədarükü çox məhduddur və dükançılar təsdiq olunmuş qiymətə toyuq alıb sata bilmədiklərinə görə toyuq alıb satmaqdan çəkinirlər.

Tehran Quşçuluq və Balıq Satıcıları Birliyinin rəisi Mehdi Yusufxani toyuq ətinin bahalaşması və dükanlarda toyuqun olmamasına cavab olaraq Didban İrana deyib: Toyuğun kilosu 63 min tüməndir və ondan yuxarı satışlar qiymət pozuntudur.

Lakin o, deyib: Toyuqçuların təsdiq edilmiş 44 min tümən diri toyuğun qiymətinə hörmət etmədiyi və toyuğun qiymətinin itehsal sırasında qalxdığı üçün həmkarlar ittifaqları cərimə olunmamaq üçün, təsdiq edilmiş qiymətə riayət edərək toyuq fermerlərindən baha qiymətə toyuq almırlar.

Eqtesad Onlayn saytı da ölkənin bir çox əyalətlərində toyuq tədarükü çatışmazlığından xəbər verib və bu məhsulun qiymətinin kilosunun 85 min tümənə çatdığını yazıb.

İranın Ət Quşçuluq Birliyinin baş məsləhətçisi Məhəmməd Əli Kamali Sərvestani toyuq tədarükünün olmamasının ötən ilin sonunda broyler toyuq bölmələrinin toyuq istehsalının azalması ilə əlaqələndirib.

Bu azalmanın səbəbi barədə Sarostani bildirib ki, 2022-ci ilin ikinci 6 ayında toyuq fermerləri hər kiloqram toyuq istehsalında 8 min tüməndən 15 min tümənə qədər itki veriblər.

Bu iqtisad fəalın sözlərinə görə, ilin ikinci 6 ayında quşçuların itkisinə səbəb istehsal materiallarının qiymətinin artması ilə yanaşı, istehlak bazarının aşağı olması və istehsal xərclərinin alış qiymətinə uyğun gəlməməsi səbəb olub.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Azərbaycan şəhərlərində tibb bacıları və təqaüdçülər etiraz aksiyasi keçiriblər

Aprel 11, 2023
1 dəqiqədə oxunur
Azərbaycan şəhərlərində tibb bacıları və təqaüdçülər etiraz aksiyasi keçiriblər