close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
İqtisadiyyat

Dollar rekord qırmaq ərəfəsindədir; Xamenei likvidliyin artımını dayandırmağı tələb edib

Yanvar 30, 2024
1 dəqiqədə oxunur
Dollar rekord qırmaq ərəfəsindədir; Xamenei likvidliyin artımını dayandırmağı tələb edib

İranda valyuta və qızılın qiymətində artım tendensiyası davam etməsi ilə 30 Yanvar 2024 Çərşənbə axşamı günü açıq bazar alışverişlərində dolların qiyməti 60 min tümənə çatıb. İmami adlanan sikkə də 34 milyon 500 min Tüməndən çox qiymətə satılıb.

Valyuta bazarında 30 Yanvarda olan əməliyyatlarda dolların ən yüksək qiyməti 59 min 700 tümən olub ki, bu da bazar ertəsi ilə müqayisədə yüzdə 2,06-ya bərabər yəni 1200 tümən artım göstərir.

Tarixi rekordlarını qeyd etməyə davam edən ingilis sterlinqinin qiyməti çərşənbə axşamı 75 min 150 tümənə çatıb ki, bu da bazar ertəsi ilə müqayisədə yüzdə 1.4 artım göstərir.

Bugünkü əməliyyatlarda sikkənin qiyməti bazar ertəsinin orta qiymətləri ilə müqayisədə təxminən yüzdə 1.50 artım göstərir.

Bahar Azadi adlanan sikkə bazar ertəsi ilə müqayisədə yüzdə 2,07 bahalaşaraq, 30 Yanvar günorta saatlarında 31 milyon 620 min Tümənə satılıb.

Bu vəziyyətdə İslam Respublikasının lideri “Əli Xamenei” bir qrup iqtisadi fəalla görüşdə likvidliyin artımını dayandırmağı və ya azaltmağı tələb edib.

Əli Xamenei deyib: “Likvidliyin artımının azaldılması və dayandırılması düzgün siyasətdir və hökumətin bu sahədəki səyləri müəyyən qədər effektiv olub, lakin bankların məhsuldar aktyorlara ayırdığı resurslarda yaradılan məhdudiyyət kiçik və orta sektora təsir etməməlidir.”.

Likvidlik pul və psevdopulun cəminə aiddir. Likvidliyin həddindən artıq artması mal və xidmətlərə tələbin sürətlə artmasına səbəb olur və inflyasiyanı artırır. Likvidliyə nəzarət istehsalın artımı, inflyasiyaya nəzarət və iş yerlərinin yaradılması kimi makroiqtisadi məqsədlər üçün əsasdır.

İran Mərkəzi Bankının açıqlamasına görə, oktyabrın sonunadək likvidliyin həcmi 7 min 177 min milyard tümənə çatıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Cəmiyyət & Mədəniyyət

27 aylıq hüquqi mübarizədən sonra “Alp Aslan” kimlik vəsiqəsi ala bilib

Yanvar 30, 2024
1 dəqiqədə oxunur
27 aylıq hüquqi mübarizədən sonra “Alp Aslan” kimlik vəsiqəsi ala bilib